Gürcüstanda COVID-19-a yoluxma hələ də yüksək olaraq qalır

Gürcüstanda son bir gündə koronavirus infeksiyasına yoluxma hallarının sayı 2228 nəfər artıb.
Sozcu.info  "StopCov"a istinadla xəbər verir ki, son gündə COVID-19-dan 28 nəfər ölüb.
Pandemiyanın başlayandan bəri ölkədə 626.058 yoluxma hadisəsi aşkarlanıb.
Eyni zamanda, 9.162 nəfər vəfat edib.
Hazırda 65 nəfər karantində, 4.150 xəstəxanada və 633 nəfər koronavirus otellərindədir.
Gürcüstanda ilk koronavirus hadisəsi 26 fevral 2020 -ci ildə qeydə alınıb.


Oxşar Xəbərlər

Xəbər lenti