Gürcüstanda sabah matəm günü olacaq

Gürcüstanda oktyabrın 11-i matəm günü elan edilib. 
Sozcu.info gürcü KİV-nə istinadla xəbər verir ki, bu barədə ölkənin “Birinci kanalı” məlumat paylaşıb.
Bildirilib ki, Baş nazir İrakli Qaribaşvilinin imzaladığı fərmana əsasən, 2021-ci ilin 8 oktyabrında Batuminin 26 May küçəsindəki yaşayış binasının çökməsi nəticəsində həlak olan qurbanların xatirəsinə, 11 oktyabr matəm günü elan edilib.
Hökumət fərmanına əsasən, matəm günü ilə əlaqədar olaraq, 11 oktyabr 00:00-dan 12 oktyabr 00:00-dək bütün Gürcüstan ərazisində dövlət bayraqları endiriləcək.


Oxşar Xəbərlər

Xəbər lenti