Yunanıstanda kilsələr matəm zəngləri çaldı, bayraqlar endirildi – “ƏRDOĞAN DEDİYİNİ ETDİ”

Sozcu.info xəbər verir ki, Ayasofya məbədində cümə nazamı qılındığı zaman Yunanıstandakı kilsələrdə matəm zəngləri çalınıb, xüsusi ayinlər keçirilib, bayraqlar yarıbayarı endirilib.
Selanik və Patrasdakı kilsələrdə Bizans və yunan bayraqları altında keçirilən xüsusi mərasimlərdə Ayasofyadakı məbədinin “xilas edilməsi” üçün Məryəm anaya dualar edilib.
Yunan televiziya kanalları Ayasofya meydanından  “Xristianlar üçün qara gün”, “Ərdoğan dediyini etdi” başlıqlı canlı reportajlar hazırlayıblar.
Televiziya kanalları Türkiyə prezidenti R.T.Ərdoğanın məscidin içərisində namazdan əvvəl Qurani Kərim oxumasını da canlı şəkildə göstəriblər.
Hurriyyet.org


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}