Prezident: “Ermənistan mina xəritələrini verməkdən imtina edir“

“Müharibədən sonra Azərbaycanın 150-dən çox vətəndaşı minaya düşərək həlak olub, yaxud ciddi xəsarət alıb”.
Sozcu.info xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu barədə Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışında bildirib.
Prezident vurğulayıb ki, Ermənistan minalanmış sahələrin tam xəritələrini verməkdən imtina edir. Azərbaycana verilmiş az sayda xəritələrin dəqiqliyi təqribən 25 faizdir.
“İşğaldan azad edilmiş ərazilərdə otuz il ərzində demək olar ki, bütün binalar, tarixi abidələr məhv edilib. Azad edilmiş ərazilərdəki 67 məsciddən 65-i tamamilə dağıdılıb”, - deyən Azərbaycan Prezidenti qeyd edib ki, qalan iki məsciddə ermənilər donuz və inək saxlamaqla qəsdən müsəlmanların heysiyyatını təhqir ediblər. 


Oxşar Xəbərlər

Xəbər lenti