“Google” şirkəti ABŞ-da reklam bazarını inhisara almaqda ittiham olunu

ABŞ-ın bir neçə ştatının baş prokurorları “Google” şirkətinə qarşı onlayn reklam bazarında haqsız rəqabətlə bağlı iddia qaldırıb.
Sozcu.info WSJ-ə istinadən xəbər verir ki, iddiaya görə, şirkət yürütdüyü strategiya və bazardakı mövqeləri nəticəsində reklam sifarişlərinin 80 faizini götürür. 2018-ci ildə isə ölkədəki onlayn reklam bazarının 75 faizi “Google”nin payına düşürdü.
İddia ərizəsində “Bell”, “Elmo”, “Poirot” kod adlı proqramlar sayəsində şirkətin satışlarını 1 milyard dollardan çox artırdığı bildirilir. Bununla yanaşı, “Google”nin komisiya haqları rəqiblərinkindən 2-4 dəfə çoxdur. Həmçinin cavabdehlərin reklam nümayişi ilə bağlı başqa saytların imkanlarını məhdudlaşdırdığı da irəli sürülür.
“Google” şirkətindən isə iddianın qeyri-səlis məlumata əsaslandığını, tətbiq etdikləri komisiya haqlarının isə sahə üzrə orta rəqəmdən az olduğunu bildirilib.


Oxşar Xəbərlər

Xəbər lenti