Gürcüstanda son sutkada koronavirusdan 62 nəfər ölüb

Gürcüstanda ötən sutkada koronavirusa 5 340 yeni yoluxma faktı qeydı alınıb, 3 631 nəfər müalicə olunaraq sağalıb, 62 nəfər vəfat edib.
Sozcu.info-un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyası 743 511 nəfərdə aşkarlanıb. Onların 681 919-u sağalıb, 10 300-ü dünyasını dəyişib.


Oxşar Xəbərlər

Xəbər lenti