İran şirkətləri Ermənistanda istehsalat müəssisələri yaradır

İran şirkətləri Ermənistanda kimya məhsulları və yazı alətləri istehsalına başlayacaq.
Sozcu.info xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan “Sputnik Ermənistan”a müsahibəsində deyib.
İşçi qüvvəsi Ermənistandan cəlb olunacaq, çünki şirkətlərin müraciətlərində Avrasiya İttifaqına daxil olmayan ölkələrin vətəndaşları üçün lazım olan iş icazələri tələb olunmayıb.
O əlavə edib ki, iranlı iş adamlarının müraciəti artıq Ermənistan hökumətinin idarələrarası komissiyasında nəzərdən keçirilir və çox güman ki, gələn cümə axşamı hökumətin iclasında təsdiqlənəcək.


Oxşar Xəbərlər

Xəbər lenti