Belçikadan hicabla bağlı yeni qərar

Belçika hökuməti Avropa Şurasının Nazirlər Komitəsinin xəbərdarlığı ilə məhkəmələrdə hicab taxılmasını qadağa edən qanunun 759-cu maddəsini dəyişdirib.
Sozcu.info  "Haber Global"a istinadən xəbər verir ki, 2018-ci ildə hicabını çıxarmadığı üçün məhkəmə zalına buraxılmayan müsəlman qadın Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmişdi.
Strasburq Strasburq məhkəməsi Belçikanı "inanc azadlığını pozmaqda" təqsirli bilib. Bu qərarın ardından məhkəmələrə AİHM-nin bu qərarı ilə bağlı sənədlər göndərilib.


Oxşar Xəbərlər

Xəbər lenti