Gürcüstanda koronavirusdan ölənlərin sayı 13 mini keçib

Gürcüstanda ötən sutka ərzində daha 2 784 nəfərə koronavirus diaqnozu qoyulub, 2 070 nəfər müalicə olunaraq sağalıb, 53 pasiyent vəfat edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Hazırkı dövrədək Gürcüstanda COVID-19 infeksiyası 906 965 nəfərdə aşkarlanıb. Onların 854 630-u sağalıb, 13 024-ü ölüb.


Oxşar Xəbərlər

Xəbər lenti