Rusiya qazının Türkiyəyə tədarükünün perspektivləri müzakirə edilib

Rusiyanın Sankt-Peterburq şəhərində “Qazprom”un İdarə Heyətinin sədri Aleksey Miller ilə Türkiyənin energetika və təbii ehtiyatlar nazirinin müavini Alparslan Bayraktar və “BOTAS” şirkətinin Direktorlar Şurasının sədri, Baş direktor Burhan Ozcan arasında işçi görüş keçirilib.
Sozcu.info Rusiya holdinqinin mətbuat xidmətinə istinadla xəbər verir ki, görüşdə qarşılıqlı fəaliyyətin cari məsələləri və Rusiya qazının Türkiyəyə tədarükünün perspektivləri nəzərdən keçirilib.
Qeyd edilib ki, 2021-ci ildə ixrac həcmi xeyli artıb: cari ilin 11 ayı ərzində “Qazprom” Türkiyəyə 2020-ci ilin analoji dövrü ilə müqayisədə 83,7 faiz çox qaz tədarük edib.
Rusiya qazının Türkiyəyə idxalı dənizdən keçən “Türk axını” və “Mavi axın” qaz kəmərləri vasitəsilə həyata keçirilir.


Oxşar Xəbərlər

Xəbər lenti