Dünyada koronavirusa yoluxanların sayı 275 milyonu keçib

Ümumdünya Səhiyyə Təşkilatı bu günədək dünyada koronavirusa yoluxma və ölüm hallarının sayını açıqlayıb. Sozcu.info xəbər verir ki, TASS-ın Cenevrədən yaydığı məlumata görə, artıq ÜST-ün dərc olunmuş statistikasına əsasən, koronavirusa yoluxma sayı 275.233.892 və bundan ölənlərin sayı isə 5.364.996 nəfər təşkil edir.
Məlumatda bildirilir ki, ÜST-ün statistikləri yoluxanlar və ölənlərlə bağlı dövlətlərin təsdiqlədiyi yalnız rəsmi məlumatları nəzərə alıb.
Virusa yoluxmanın “qara siyahısının” ilk onluğuna bu ölkələr daxildir:
ABŞ - 50.565.638, Hindistan - 34.758.481, Braziliya - 22. 215. 856, Böyük Britaniya - 11.542.147, Rusiya - 10.292.983, Türkiyə - 9.209.740, Fransa - 8.469.950, Almaniya - 6.878.709, İran - 6.175.782 və İspaniya - 5.585.055.
Ölüm hallarının sayına görə də ABŞ siyahıda birinci yerdədir - 799.942 nəfər. İkinci yeri Braziliya (617.873), üçüncünü isə Hindistan (478.325) tutur.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}