Türkiyədə güləşçiləri daşıyan mikroavtobus aşdı: Ölən və yaralananlar var

Türkiyədə güləşçiləri yarışa aparan mikroavtobus dərəyə aşıb.
Sozcu.info Türkiyə mediasına istinadən xəbər verir ki, qəza Amasya - Çorum yolunda baş verib.
Hadisə nəticəsində bir nəfər ölüb, 15 nəfər yaralanıb. İlkin məlumata görə, qəza sürücünün idarəetməni itirməsi nəticəsində baş verib.
Yaşları 18-24 arasında olan idmançıların Çorumda keçiriləcək U23 Sərbəst Güləş üzrə Türkiyə Çempionatında tirak etmək üçün Batmandan yola düşdüyü bildirilib.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}