İraq HHM qüvvələri partlayıcı maddə daşıyan iki PUA-nı vurub

İraqın Hava Hücumundan Müdafiə (HHM) qüvvələri Əyn-əl-Əsəd hərbi bazası yaxınlığında partlayıcı maddə daşıyan iki pilotsuz uçuş aparatını (PUA) vurub.
Bu hərbi bazadan ABŞ-ın başçılıq etdiyi beynəlxalq antiterror koalisiyasının qüvvələri istifadə edir.
Sozcu.info TASS-a istinadən xəbər verir ki, bir gün əvvəl Bağdad hava limanının yaxınlığında yerləşən “Viktoria” hərbi düşərgəsi yaxınlığında analoji hücum cəhdinin qarşısı alınıb. Əvvəllər bu düşərgədə koalisiya hərbçiləri məskunlaşmışdı.


Oxşar Xəbərlər

Xəbər lenti