İsveç kralı koronavirusa yoluxub

İsveç kralı XVI Karl Qustav və arvadı Silviya koronavirusa yoluxub.
Sozcu.info-ın xəbərinə görə, bu barədə kral sarayının yaydığı məlumatda deyilir.
Qeyd edilir ki, kral və kraliça tam kurs (3 doza) vaksinasiya keçiblər. Onlarda xəstəliyin yüngül simptomları var və özlərini yaxşı hiss edirlər. Kral ailəsi evdə təcrid olunub. Mütəxəssislər yoluxma zəncirini aşkar etməyə çalışırlar.


Oxşar Xəbərlər

Xəbər lenti