Qazaxıstanın paytaxtı Kostanaya köçürülür?

“Sosial şəbəkələrdə Qazaxıstanın paytaxtının Nur-Sultandan Kostanay şəhərinə köçürülməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil”.
Sozcu.info xəbər verir ki, bu barədə məlumatı ölkənin İnformasiya və Sosial İnkişaf Nazirliyinin dəstəyi ilə yalan məlumatlarla mübarizə məqsədilə yaradılan “stopfake.kz” portalı yayıb.
“Sosial şəbəkələrdə belə bir məlumat yayılıb ki, ölkə Prezidenti Kasım-Jomart Tokayev paytaxtın Kostanaya köçürüləcəyini bəyan edib. Bu, doğru deyil”, - deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev paytaxtı Almatıdan Akmola şəhərinə köçürüb. Akmola şəhərinin adı isə 1998-ci ildə dəyişdirilərək Astana qoyulub. 2019-cu il martın 23-ü Tokayev Astana şəhərinin Nazarbayevin şərəfinə Nur-Sultan adlandırılması barədə sərəncam imzalayıb.


Oxşar Xəbərlər

Xəbər lenti