“Oğlum 10 həftəlik olarkən qollarımda öldü“

Dünyanın ən varlı insanları siyahısında yer alan, "Tesla" və "SpaceX"in sahibi İlon Maskın şəxsi həyatı ilə bağlı bəzi məlumatlar ortaya çıxıb.


Sozcu.info xarici mediaya istinadən xəbər verir ki, iş adamının elektron yazışmaları ifşa edilib. 2018-ci ildə Teslanın qəzaya düşməsi nəticəsində övladını (red. - 18 yaşlı sürücü Barrett Riley) itirən ailə ilə yazışan İlon ilk övladını - Castin Uilsondan olan Nevada Aleksandr Maskı 10 həftəlik olarkən itirdiyindən danışıb:
"Uşağını itirməkdən daha pis bir şey yoxdur. Birinci oğlum 10 həftəlik olarkən qollarımda öldü. Mən onun ürək döyüntülərini hiss etdim".
Qeyd edək ki, 2018-ci ildə Barrett Florida ştatında saatda təxminən 116 mil sürətlə gedən "Tesla Model S"də idarəetməni itirərək beton divara çırpılaraq həyatını itirib /Axşam.az


Oxşar Xəbərlər

Xəbər lenti