“Gürcüstandakı soydaşlarımızın təhsil problemlərinin həllinə dəstək verməyə hazırıq”

“Azərbaycan hökuməti, Təhsil Nazirliyi Gürcüstanda yaşayan soydaşlarımızın təhsil problemlərinin həlli prosesinə dəstək verməyə hazırdır”.
Sozcu.info xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Marneulidə tədrisi Azərbaycan dilində olan orta məktəblərin direktor və müəllim heyəti ilə görüşdə deyib.
O, ilk öncə görüş iştirakçılarına Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını çatdırıb. Nazir qeyd edib ki, Gürcüstan azərbaycanlılarının vəziyyəti və onları narahat edən məsələlər dövlət başçısının hər zaman diqqətindədir.
Nazir qeyd edib ki, Gürcüstan və Azərbaycan xalqları hər zaman qardaşlıq, dostluq və əmin- amanlıq şəraitində yaşayıblar: "İki ölkə arasında təhsil sahəsində yaxşı əməkdaşlıq var. Bu sahədə müzakirə olunmalı məsələlər mövcuddur. Azərbaycandilli məktəblərin əsas problemləri müəllim hazırlığı, gürcü dilinin tədrisi, dərsliklərin məzmunu və tərcüməsi ilə bağlıdır".
Görüş sual-cavab formatında davam etdirilir.
Gürcüstanın təhsil nazirinin birinci müavini Tamar Maxaraşvili, Azərbaycan səfiri Faiq Quliyev, Marneuli meri Kənan Ömərov da görüşdə ştirak edir.
 


Oxşar Xəbərlər

Xəbər lenti