“Növbəti 24 saat həlledici olacaq“ - Zelenski


Böyük Britaniyanın Baş naziri Boris Conson və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.
Sozcu.info xəbər verir ki, bu barədə Britaniya hakimiyyəti rəhbərinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, London Kiyev hakimiyyətinə silah tədarük etmək vədinə sadiq olduğunu bəyan edib:
"Prezident Zelenski hesab edir ki, növbəti 24 saat Ukrayna üçün əsas olacaq. Baş nazir bildirib ki, o, Böyük Britaniya və müttəfiqlərinin müdafiə yardımlarının Ukraynaya çatdırılması üçün əlindən gələni edəcək. Liderlər yaxın təmasları davam etdirməyə razılaşdılar, Baş nazir Britaniyanın Ukraynanın suverenliyinə güclü dəstəyini bir daha təkrarlayıb".


Oxşar Xəbərlər

Xəbər lenti