Yaponiya da Rusiyaya qarşı çıxdı: “Kuril adalarını işğal edib”

Sozcu.info TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Yaponiyanın Xarici İşlər Nazirliyi Cənubi Kuril adalarının Rusiya tərəfindən işğal edildiyini bəyan edib. Yaponiya bu adaları öz suveren dövlətinin ərazisi hesab edir.
Yaponiya XİN-in Avropa Departamentinin direktoru Hideki Uyama bu gün parlamentdəki müzakirələr zamanı Rusiyanın Kuril adalarının cənub hissəsini işğal etdiyini və bu işğalın da Rusiyanın Ukraynaya hücumu kimi beynəlxalq hüquqa zidd olduğunu bəyan edib.
Yapon diplomat deyib: “Şimal ərazilər (Yaponiyada Kuril adalarının cənub hissəsi belə adlanır – red.) işğal edilib (Rusiya tərəfindən – red.) və biz hesab edirik ki, bu da eynilə hazırda Rusiya ordusunun Ukraynaya hücumu kimi beynəlxalq hüquqa ziddir”.
Yaponiya hakimiyyəti son illərdə Cənubi Kuril adalarından danışarkən “işğal” terminindən istifadə etməməyə çalışır, “bu adalar Yaponiyanın suverenliyinə daxildir” bəyanatı ilə kifayətlənirdilər.


Oxşar Xəbərlər

Xəbər lenti