Aİ Ukraynaya hərbi təyyarə göndərməkdən imtina edib

Avropa İttfaqı ölkələri bir neçə gün əvvəl Ukraynaya vəd edilmiş qırıcılıarı göndərməkdən imtina edibAPA-nın UNİAN-a istinadla məlumatına görə, bu barədə “Politico” nəşri məlumat yayıb.
Polşa, Bolqarıstan və Slovakiya təyyarə göndərə bilməyəcəklərini bəyan edib.
Aİ ölkələri bir neçə gün əvvəl 70 ədəd MİQ-29 təyyarəsi göndərmək barədə xəbəri də təkzib edib.
Bolqarıstanın Baş naziri Kiril Petov ölkəsində kifayət qədər saz təyyarə və ehtiyat hissələri olmadığını bildirib.
Polşa Prezidenti Anjey Duda isə Kiyevə təyyarə göndərilməsinin hərbi müdaxilə ilə nəticələnəcəyini bildirib. Müdafiə naziri Mateuş Moravetski isə ölkəsinin belə planının ümumiyyətlə olmadığını deyib.


Oxşar Xəbərlər

Xəbər lenti