Gürcüstanın Rusiyaya qarşı sanksiyalara qoşulmaması doğru deyil” - Zurabişvili

Gürcüstanın Rusiyaya qarşı sanksiyalara qoşulmaması doğru deyil, biz artıq bir neçə beynəlxalq sanksiyada iştirak edirik”.
Sozcu.info-nun yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili CNN telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Gürcüstanın öz sanksiyaları var: “Bizim Rusiya ilə diplomatik münasibətlərimiz, alyansımız yoxdur. İşğal altında olan iki ərazimiz var. Buna görə də əksər Avropa ölkələrindən fərqli vəziyyətdəyik”.
Dövlət başçısının sözlərinə görə, Ukraynada müharibə elə formada gedir ki, hər hansı proqnoz vermək, hadisələrin nə vaxt və necə başa çatacağını söyləmək çətindir.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}