Axtarış “PUTİN ZELENSKİYƏ MÜQAVİLƏ TƏKLİF EDİB, ƏGƏR..." - Lukaşenko Zelenskini hədələyib-

Mən əminəm ki, yaxın vaxtda bu münaqişə - Rusiyanın əməliyyatı sülhlə bitəcək”.
“Sozcu.info” xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Yaponiyanın TBS telekanalına bugünkü müsahibəsində deyib.
Lukaşenko bildirib ki, Putin Ukrayna Prezidenti Volodimir Zelenskiyə sərfəli müqavilə təklif edib: “Mən dəqiq bilirəm ki, Putin Zelenskiyə mütləq dərəcədə məqbul müqavilə təklif edib. Bu gün hələ mümkündür ki, Ukrayna Rusiya ilə razılaşsın və Zelenski Putinlə həmin müqaviləni imzalasın. Əgər Zelenski buna getməsə, o zaman o, böyük olmayan vaxt ərzində kapitulyasiya aktına imza atmalı olacaq. Rusiya bu müharibədə uduzmayacaq, buna 100 faiz siz də əminsiniz. Tərəflərin birinin qalib gəldiyi müharibənin nə ilə bitdiyini Yaponiya məndən yaxşı bilir”.

Lukaşenko əlavə edib vki, ABŞ və tərəfdaşları hər nə qədər Belarusu da bu müharibəyə cəlb etməyə çalışsa da, onun “bu münaqişəyə qatılmayacaq qədər ağlı var”.
O, Ukraynanın ölkəsinə qarşı eskalasiyanı davam etdirəcəyi təqdirdə cavab tədbirləri görüləcəyini vurğulayıb: “Nəyi nəzərdə tuturam: fevralın 23-24-də onlar Belarus ərazisinə zərbə vurmağı planlaşdırırdılar. Bu barədə danışmışam. 4 istiqamətdən. Biz bunu qabaqladıq. Onlar bizim dövlət sərhədimizi uçuş aparatları, helikopter və s. vasitələrlə pozurlar”.
Xatırladaq ki, müharibədən az öncə verdiyi müsahibədə Belarus Prezidenti müharibə başlayacağı təqdirdə onun 3-4 günə bitəcəyini, ukraynalıların savaşmayacağını və Zelenskinin dərhal qaçacağını “proqnozlaşdırmışdı”.
C.Məmmədov
“AzPolitika.info”  


Oxşar Xəbərlər

Xəbər lenti