Səbinə Mehdiyevaya vəzifə verildi -
FOTO
Nərimanovda bu obyektlər sökülür -
FOTOLAR
Rusiyadan AZAL-la bağlı açıqlama:
Həll etmişik...
Messi daha bir rekord qırdı
Afaq Gəncəli TANINMAZ HALDA
Bu ölkədə azan qadağan olunacaq
Bəhreyn və Küveyt hədəf alındı —
İrandan hava hücumu
Neft yeni həftəyə bu qiymətlə başladı
Nəriman Həsənzadənin SON DURUMU
General bu vəzifəyə gətirilə bilər -
FOTO
SON DƏQİQƏ! Ceyhun Bayramov Hakan Fidanla danışdı
Elman Himayətoğluna yeni vəzifə verildi
Əvvəlki
Sonrakı
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
26-06-2026, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
İrandan sonra növbəti hədəfini açıqladı
16-06-2026, 09:32
Milli Qurtuluşdan tarixi zəfərə
15-06-2026, 11:07
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Zelenski Ukrayna müsəlmanlarının Ramazan ayında üzləşəcəkləri problemlərdən danışıb
Ukrayna Prezidenti Volodimir Zelenski Qətərin paytaxtı Dohada keçirilən forumda çıxışı zamanı ölkəsindəki müsəlmanların Ramazan ayında əllərində silahla Ukraynanı qorumalı olacağını bildirib.
Bu barədə Sozcu.info Türkiyə mətbuatına istinadən xəbər verir.
Ukrayna ilə Rusiya arasında müharibənin 31-ci günündə Qətərin paytaxtında keçirilən Doha Forumunda siyasətçilərə müraciət edən Zelenski qarşıdan gələn Ramazan ayına toxunub.
Zelenski çıxışına Qətəri salamlayaraq deyib: “Sizə bildiyiniz kimi müraciət etmək istəyirəm. Əssəlamu aleykum. Bu sözlər sülh mənasını verən əsas dəyərlərdir və indi Ukraynada bunlar yoxdur. Çünki Rusiya Ukraynanı işğal edib müstəmləkəsi altına almağa qərar verdi. Gəlib özlərinin olmayanı aldılar, köhnə imperiyalardakı kimi. Rusiya Ukraynadan 28 dəfə böyükdür və dünyanın ən böyük ölkələrindən biridir. Amma bu, onlar üçün kifayət deyil. Rusiya administrasiyası bizim torpağımızı almaq və insanlarımızı fəhlə kimi istifadə etmək istəyir. Amma 31 gündür ki, Ukrayna özündən 28 dəfə böyük olan ölkəyə qarşı müqavimət göstərir.
Rusiya Ukraynanı aldıqdan sonra dayanacaqmı? Müstəmləkəçilərin tələbləri heç vaxt bitməz. Rusiya sülh içində yaşanmayan dövrlərin geri qaytarılmasını istəyir. Siz xalqınız arasında ədalətin olmasını təmin etmək üçün əlinizdən gələni edirsiniz, lakin biz 31 gündür ədalət axtarırıq. Birləşmiş Millətlər Təşkilatının köməyini yüksək qiymətləndirirəm, lakin bu, ədalətli deyil. Rusiyanın Ukraynaya etdiyi ədalətsizlikdir. Nüvə silahı ilə qorxudur və hədələyirlər”.
Ukraynadakı məscidlərin də Rusiya bombardmanlarından zərər gördüyünü bildirən Zelenski əlavə edib: “Şəhərlərimizə baxın, xüsusilə dağıntı və ağrı ilə dolu olan Mariupol şəhəri. Ukrayna müxtəlif millətlərə və dinlərə ev sahibliyi edən bir ölkədir. Ukraynada bir milyondan çox müsəlman yaşayır və Rusiya raketləri bütün xalqımızı təhdid edir. Təkcə Mariupol şəhərində 4 000 müsəlman var idi. Mariupol məscidlərində 3 həftədir ki, aralarında uşaqlar, qadınlar və qocalar da daxil olmaqla 80-ə yaxın insan var”.O, qeyd edib ki, bütün yollar bağlıdır və Rusiya ordusu humanitar yardımın həmin əraziyə daxil olmasına mane olur: “Hazırda heç nə yoxdur. Gecə-gündüz bombalayırlar və şəhərin 90 faizi dağıdılıb. Burada 1 000 insan həyatını itirdi, amma Rusiya buna görə heç bir cəza almadı. O, müsəlmanların yaşadığı Krımın işğalına görə də cəzalandırılmayıb. Bu 31 günlük işğal zamanı məscid və kilsələr də daxil olmaqla 59 ibadət yeri, 200 məktəb və onlarla xəstəxana dağıdılıb. Yenə 10 milyon ukraynalı qaçqın vəziyyətinə düşüb və 3,5 milyondan çox ukraynalı ölkəsini tərk etməli olub. Üstəlik, onların əksəriyyəti qadınlar və uşaqlardır. Bu, qaçqın böhranı hesab olunur. Amma əsl böhran qarşıdadır”.
Ukrayna lideri qeyd edib ki, yaxın günlərdə Ramazan ayı başlayır: “Bu ayın əhəmiyyətini və mənasını heç kimə izah etməyə ehtiyac duymuruq. Bütün dünya bunu bilir və hörmət edir. Ukrayna müsəlmanları Ramazan ayında əllərində silahla ölkələrini və azadlıqlarını qorumalı olacaqlar. Biz birlikdə daha çox çalışıb Ramazan ayının Rusiyaya sülh istəməsi ilə kölgədə qalmamasını təmin etməliyik. Biz beynəlxalq asayişi təkcə Ukrayna üçün deyil, hamı üçün qorumalıyıq. Əfqanıstandan başlayaraq, İraq, Suriya, Yəmən və Somalidə sülh üçün çalışmalıyıq. Yaşasın Ukrayna”.
Oxşar Xəbərlər
Rusiya ilə müharibə ehtimalı var – Zelenski
Zelenski Rusiya ilə danışıqlar üçün şərtini AÇIQLADI
"BİZ ARTIQ QƏLƏBƏMİZƏ DOĞRU GEDİRİK" - Volodimir Zelenski
Zelenski Polşaya qaçıb - İddia
Xəbər lenti
Səbinə Mehdiyevaya vəzifə verildi -
FOTO
Nərimanovda bu obyektlər sökülür -
FOTOLAR
Anomal istilər Azərbaycana yaxınlaşır -
Xəbərdarlıq
Rusiyadan AZAL-la bağlı açıqlama:
Həll etmişik...
ŞAD XƏBƏR: Bu şəxslərə də müavinət veriləcək
Vidio
Bakıda bu ərazilərdə işıq olmayacaq
Messi daha bir rekord qırdı
Saqqızın tərkibindəki bu maddə faydalı imiş...
Afaq Gəncəli TANINMAZ HALDA
Evdən yaşlı qadın meyiti tapıldı
Bu ölkədə azan qadağan olunacaq
Bəhreyn və Küveyt hədəf alındı —
İrandan hava hücumu
WhatsApp-da yeni gizli dövr —
Hər kəsin gözlədiyi funksiya gəldi
Neft yeni həftəyə bu qiymətlə başladı
Nəriman Həsənzadənin SON DURUMU
Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK
General bu vəzifəyə gətirilə bilər -
FOTO
SON DƏQİQƏ! Ceyhun Bayramov Hakan Fidanla danışdı
Qarpızın min dərdə dərman faydaları
Elman Himayətoğluna yeni vəzifə verildi
AZAL Bakı–Naxçıvan reyslərini ləğv etdi
Bakıda ŞOK! 15 mərtəbəli binanın damında mənzil tikib, satışa çıxardılar
Vidio
İtkin kimi axtarılırdı, meyiti göldə tapıldı
Bakıda gənc oğlan bıçaqlandı
Xaricdə təhsil adı ilə möhlət almaq istəyənlərə pis xəbər
Neft həftəni fevral qiyməti ilə başa vurdu
Bu gün UFC Fight Night Baku keçiriləcək
Nazirlikdən hava ilə bağlı əhaliyə MÜRACİƏT
Gürcüstan parlamentinin iclasında əlbəyaxa dava
-VİDEO
Xidmət rəisi “neqodnı” olan vətəndaşlara
- Çağırış etdi
Azərbaycan nefti bir dollar bahalaşıb
Bakının məşhur bazarı sökülür
-KİV
Kadir İnanır vəfat etdi
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
KRIMDA KÜTLƏVİ "TƏMİZLƏMƏ" ƏMƏLİYYATI - Ukrayna eyni anda 38 strateji obyekti vurdu!
“Mən kişi kimi qadınam” - Renka
SON DƏQİQƏ!
Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
Son beş ayda Azərbaycanda cəzaçəkmə müəssisələrində 31 nikah qeydə alınıb
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
Sərhəd Məmmədov – Şərəfli ömrün 80 illik yubileyi
“Narkotik asılılığı qarşısı alına və müalicə oluna bilən xəstəlikdir”
Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunu təbrik edib
Bu günkü yürüşdən maraqlı anlar -
FOTOLAR
Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir
AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə etdi-
Fotolar
İlham Əliyevin qalibiyyət raportu Ali Baş Komandan Heydər Əliyevə verilirdi…
Telefonları da izləyəcəklər:
yol kameralarında yeni dövr başladı
Yağış yağacaq -
PROQNOZ
5 polkovnikə “general-mayor” ali hərbi rütbəsi verildi -
ADLAR
MN-in hərbi qulluqçuları təltif edildi -
SİYAHI
PRİZMA
Sərhəd Məmmədov – Şərəfli ömrün 80 illik yubileyi
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Anomal istilər Azərbaycana yaxınlaşır -
Xəbərdarlıq
ŞAD XƏBƏR: Bu şəxslərə də müavinət veriləcək
Vidio
Bakıda bu ərazilərdə işıq olmayacaq
Saqqızın tərkibindəki bu maddə faydalı imiş...
WhatsApp-da yeni gizli dövr —
Hər kəsin gözlədiyi funksiya gəldi
Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK