Gürcüstan azərbaycanlıları arasında mənfi təbii artım qeydə alınıb

Ötən il Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli (Borçalı) bölgəsində mənfi təbii artım qeydə alınıb.
Sozcu.info-nun yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin illik hesabatında bildirilib.
Sənədə əsasən, region üzrə doğulanların sayı 5 398, ölənlərin sayı isə 5 565 nəfər təşkil edib. Təbii artım -167-yə bərabər olub. Göründüyü kimi, bölgə əhalisi arasında ölənlərin sayı doğulanların sayından çox olub.
Hesabat ilində Kvemo Kartlidə 3 030 nikah, 1 003 boşanma halı qeydiyyata alınıb. İllik müqayisədə nikahların sayı 1 290, boşanmaların sayı isə 298 hal artıb.
Gürcüstan üzrə mənfi təbii artım isə 13 960 nəfər təşkil edib. Neqativ təbii artım Acarıstan Muxtar Respublikası istisna olmaqla bütün bölgələrdə qeydə alınıb.


Oxşar Xəbərlər

Xəbər lenti