Avropa Parlementi Rusiyadan neft, qaz, kömür idxalını tamamilə dayandırmağı tələb edir

Sozcu.info “RİA Novosti” informasiya agentliyinə istinadla xəbər verir ki, Avropa Parlamenti Rusiyadan kömür, qaz və neft alınmasının dərhal dayandırılmasının tərəfdarıdır. 
Avropa Parlamenti Rusiyanın enerji daşıyıcılarından tamamilə imtina eləməyə çağıran qətnamə qəbul edib. Qətnamənin lehinə 513, əleyhinə 22 deputat səs verib, 19 nəfər bitərəf qalıb. 
Parlamentin açıqlamasında deyilir: “Deputatlar əllavə məhdudlaşdırma tədbirləri görməyə, o cümlədən Rusiyadan neft, qaz, nüvə yanacağı və kömür idxalını tamamilə əngəlləməyə çağırırlar”. Açıqlamada qeyd edilir ki, Rusiyanın Ukraynaya qarşı mövqeyinin dəyişəcəyi təqdirdə embarqonu yenidən nəzərdə keçirmək mümkün olacaq.


Oxşar Xəbərlər

Xəbər lenti