Gürcüstanın dövlət müstəqilliyinin bərpasından 31 il ötür

Gürcüstanın paytaxtı Tbilisidə baş vermiş 9 Aprel faciəsinin33-cü ildönümü tamam olur.
Sozcu.info-nun yerli bürosu xatırladır ki, 1989-cu ilin bu günündə Sovet İttifaqının hərbi qüvvələrinin bir hissəsi Tbilisinin mərkəzində dinc aksiyanı amansızlıqla dağıdıb və nəticədə 18-i qadın olmaqla 21 nəfər həlak olub.
Hadisə zamanı yüzlərlə insan mənşəyi məlum olmayan qazdan zəhərlənib.
Qonşu ölkədə 9 Aprel tarixi Milli Birlik Günü, həmçinin müstəqillik uğrunda həlak olanların xatirə günü kimi qeyd edilir. Qurbanların xatirəsi ənənəvi olaraq Gürcüstan parlamentinin binası qarşısındakı memorial abidə önündə anılır.
9 aprel 1989-cu il tarixi Gürcüstan üçün dönüş nöqtəsi oldu. Qanlı hadisədən iki il sonra 1991-ci ilin aprelin 9-da Gürcüstanın Ali Şurası 1918-ci il 26 may tarixli Müstəqillik aktı əsasında dövlət müstəqilliyinin bərpasını elan edib. Qonşu ölkədə bu gün həmçinin dövlət müstəqilliyinin bərpasının 31-ci ildönümü qeyd olunur.


Oxşar Xəbərlər

Xəbər lenti