Zelenskinin geyimi ilə bağlı maraqlı fakt: Qiyməti görün neçəyədir FOTOLAR

O, kostyumunu və köynəyini sviter və rahat hərbi üslublu şalvarla dəyişib. Söhbət Rusiya Federasiyasının Ukraynaya qarşı genişmiqyaslı müharibəsi zamanı hətta geyim tərzi ilə Ukrayna xalqı ilə birliyini nümayiş etdirən Prezident Vladimir Zelenskidən gedir.
Sozcu.info Teleqraf.com-a istinadən  xəbər verir ki, bəzi ekspertlər bir mühüm məqamı qeyd edirlər - Ukrayna dövlətinin başçısı ordunun formasını geyinmir.
Ukrayna mediası dövlət başçısının qarderobu və başlanan müharibədən sonra dəyişən üslubunu araşdırıb.

Rus ordusunun Ukraynaya genişmiqyaslı işğala başlamasından sonra ukraynalılara ilk müraciətləri zamanı Zelenski xaki rəngli köynəkdə görünüb. Və o andan etibarən hərbi geyimlər prezidentin əsas iş geyimi olub.
Zelenskinin geyindiyi brendlər 5.11, Hallyard, 281.z markalarının köynəkləridir və onların qiyməti orta hesabla 400-600 qrivnadır-35 manat.


Oxşar Xəbərlər

Xəbər lenti