"Ruslar yarım milyon ukraynalı öldürüblər" -Zelenski

“İşğalçılar dövlətimizin müvəqqəti işğal olunmuş müxtəlif bölgələrindən yarım milyona yaxın insanı Rusiya Federasiyasının ərazisinə və ya işğal olunmuş Donetsk və Luqansk vilayətlərinin ərazilərinə girov aparıblar”.
Sozcu.info xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski keçirdiyi brifinq zamanı deyib. 
"Təəssüf ki, rəqəmlər faciəvidir... Rəqəmlər qətiyyən tam doğru deyil. Zirzəmilərdə işgəncələrə məruz qalan, basdırılan, çıxarılan ölənlərə gəlincə, - heç kim sizə dəqiq rəqəm deməyəcək. Biz hesab edirik ki, yarım milyona yaxın insan həlak olub”, - deyə Zelenski bildirib.
O, həmçinin əlavə edib ki, Rusiyaya 5 minə yaxın uşaq aparılıb.


Oxşar Xəbərlər

Xəbər lenti