Dəhşətli iddia: Kreml işğal planını təsdiq etdi - Rusiya bu ölkəyə hücum edəcək

Qərb xüsusi kəşfiyyat mənbələri Rusiyanın Moldovaya hücuma hazırlaşdığı barədə məlumat yayıb.
Sozcu.info Metbuat.az-a istinadən xəbər verir ki, “Times” qəzetinin iddiasına görə, Moldovanın işğal edilməsi planı Kreml tərəfindən təsdiq edilib. İddia edilir ki, rusiyameyilli qüvvələrin nəzarətində olan qondarma Dnestryanı respublikasının paytaxtı Tiraspoldakı hava limanında hərbi hərəkətlilik var. Bildirilir ki, Rusiyanın Moldovaya müdaxilə etdiyi bir vaxtda Moldovanın digər bölgələrində etirazlar təşkil ediləcək.
“Rus liderlər Moldovanı işğal etmək üçün plan hazırlayıblar və Moldovada Donbas ssenarisi təkrar edilə bilər” - deyə məlumatda bildirilir.


Oxşar Xəbərlər

Xəbər lenti