Gürcüstan “Avroviziya” təşkilatçılarına etirazını bildirib

Gürcüstan “Avroviziya - 2022” mahnı müsabiqəsinin təşkilatçılarına etirazını bildirib.
Sozcu.info-nun yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Birinci kanalından bildirilib.
Etiraza səbəb Gürcüstanın milli münsiflər heyətinin Ukraynanın xeyrinə səsverməsinin nəticələrinin dəyişdirilməsidir.
“Hazırda Avropa Yayım Birliyində (EBU) araşdırma aparılır. Nəticələrin yaxın zamanlada elan ediləcəyini gözləyirik”, - İctimai yayımçının məlumatında deyilir.
Qeyd edək ki, Gürcüstanın milli münsiflər heyəti Ukrayna təmsilçisinə 12 xal verib. Lakin müsabiqə təşkilatçıları efirdə 6 rəqəmini səsləndiriblər, 12 bal isə Böyük Britaniyaya verilib.
EBU-dan bildirilib ki, Gürcüstan da daxil olmaqla 6 ölkənin səsverməsi ilə bağlı düzgün olmayan sxemlər müəyyən edilib və bu səbəbdən milli münsiflər heyətlərinin səsverməsinin nəticələri şübhəli kimi tanınıb.


Oxşar Xəbərlər

Xəbər lenti