Brüsseldə Gürcüstanın Aİ-yə üzvlük məsələsi müzakirə olunub

Brüsseldə işgüzar səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişellə görüşüb.
“Report”un yerli bürosu xəbər verir ki, görüşdə Gürcüstanın Aİ-yə üzvlük üçün namizəd statusunu almasının perspektivləri və ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunub.
İ.Qaibaşvili səfər çərçivəsində sabah NATO-nun Baş katibi Yens Stoltenberqlə də görüş keçirəcək. Alyansın mətbuat xidmətindən görüşdən sonra birgə bəyanatın olmayacağı bildirilib.


Oxşar Xəbərlər

Xəbər lenti