8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Qərb siyasətçiləri illüziyadan xilas olmalı və anlamalıdırlar ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynada müharibəyə başlayaraq, özü dayanmayacaq, necə ki, vaxtında Adolf Hitler dayanmayıb.
Sozcu.info xəbər verir ki, bu barədə Polşanın Baş naziri Mateuş Moravetski İtaliyanın «La Republica» nəşrinə müsahibəsində bəyan edib. O, qeyd edib ki, Ukraynada sülh ümumi məqsəd olsa da amma o, istənilən dəyərdə sülh olmamalıdır.
«Biz, razı ola bilmərik ki, Putinin istifadə edə biləcəyi dialoq ukraynalıların başının üstündən dialoq olsun. Bu ölkə bizim azadlığımız və təhlükəsizliyimiz uğrunda qan tökür. Biz, Ukraynaya minnətdar olmalıyıq» - Moravetski deyib.
Polşanın hökumət başçısı hesab edir ki, Kremlin başçısı ilə danışıqlar əvvəllər olduğu kimi, uğur qazana bilməz və o, öz təcavüzünü dayandırmayacaq.
«Buyurun, mənə bir epizodu göstərin ki, o, Vladimir Putinlə danışıqlada uğurlu olub. Bir çox siyasətçilər cəhd ediblər və yekun həmişə bir olub - alçalmaq. Bəzi qərb siyasətçiləri hələ də fikirləşirlər ki, Rusiya, nəhayət, dayanacaq, Putin yumşalacaq. Mənim məsləhətim var: illüziyaya uymayın. Putin dayanmayacaq necə ki, Hitler Avstriyada, Çexoslavakiyada və Polşada dayanmayıb. Bu dəfə biz, Rusiya bütün Avropanı gözlədyindən əvvəl, müdrik ola bilərik» - Moravetski deyib.
O, həm də qeyd edib ki, Rusiya artıq çoxdan Avropaya qarşı hibrid müharibə aparır və situasiyanı gərginləşdirməyə can atır, amma Avropada bunu hamı görmür. «Putin faktiki olaraq, artıq bir çox aylardır ki, Polşaya və bütün Avropaya hücum edir. Qaz şantajı, kiberhücumlar, Polşa və Belarus sərhədində təxribat, bütün bu fəaliyyətləri Moskva həyata keçirir. Rusiya çoxdan Avropaya qarşı səssiz hibrid müharibə aparır və harada mümkündürsə, situasiyanı qarışdırmağa çalışır. Amma hətta bu gün də Avropanın elitası özünü elə göstərməyə çalışır ki, sanki heç nə baş vermir» - Moravetski deyib.
O, əmindir ki, heç bir Avropa ölkəsi özünü təhlükəsizlikdə hiss edə bilməz.
«Əgər Ukraynanın qəhrəman mövqeyi olmasaydı, Kreml bu gün Varşavaya, Tallinə, Vilnüsə və Helsinkiyə soxulmağı düşünərdi» - Baş nazir qeyd edib.
Moravetski xatırladıb ki, Putin özünün imerialist planını hələ 2008-ci ildən reallaşdırmağa başlayıb - Gürcüstana hücum edib. «Avropa bu xəbərdaredici işarəni qulaqardına vurub, Krımın gələcək ilhaqı və Danbassa yönəlik təcavüz isə yalnız Kremlin niyyətinin təsdiqi olub. Son 7 il ərzində Rusiya Avropada öz təsirini gücləndirib» - Baş nazir qeyd edib.
Onun sözlərinə görə, 2014-cü ildən sonra Avropa Rusiyanın enerji daşıyıcılarından asılılıqdan xilas ola bilməyib və buna qarşı həddən artıq zəif reaksiya verib.
«Azadlıq və dinc yanaşı yaşamaq - qaz və neftin qiymətindən əhəmiyyətlidir. Almaniyanın «ticarət üzərindən transfomasiya» siyasəti uğursuz olub, o, nəinki Rusiyanın münasibətini dəyişib, əksinə onun pul kisəsini doldurub. Bizim Qərbi Avropadakı həmkarlarımız ucuz Rusiya xammalı və müqəddəs sülh istəyiblər. İndi isə onların baha xammalı və müharibəsi var» - Moravetski deyib.
Polşanın Baş naziri hesab edir ki, sivil dünya fikirləşməlidir, Rusiyanın təhdidinə qarşı necə effektli cavab verə bilər. «Ukraynadakı müharibə - müasir Avropa üçün dönüş nöqtəsidir, mümkündür ki, həm də bütün dünya üçün. Bu, azadlıq uğrunda mübarizə tarixində yeni fəsildir… Ukrayna təkcə özünün azadlığı uğrunda mübarizə aparmır, həm də Polşanın, İtaliyanın və bütün Avropanın azadlığı uğrunda vuruşur. Ukraynanı dəstəkləməklə biz, özümüzün ümumi təhlükəsizliyimizi təmin etmiş oluruq» - Moravetski qeyd edib.