8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Pandemiyadan sonra Bakıdan Batumiyə ilk uçuş edilib. Azərbaycanın azbüdcəli aviaşirkəti “Buta Airways”in təyyarəsinin göyərtəsində 100 sərnişin olub.
Bakıdan Batumiyə təyyarələr iyunun sonuna kimi həftədə iki dəfə həyata keçiriləcək, iyul ayından uçuşların tezliyi həftədə üç dəfəyə qədər artacaq. Acarıstan Turizm Departamentinin məlumatına görə, bu il Batumi hava limanında uçuşların sayında artım dinamikası müşahidə olunur. Məlumatlara görə, beş yeni aviaşirkət-Airbaltic, Flydeal, Jordan Aviation, Aseman və Uzbekistan Airways Batumiyə uçuşlar həyata keçirməyə başlayıb. Onların arasında Airbaltic və Özbəkistan Hava Yolları bu il ilk dəfə olaraq Riqa və Daşkənddən uçuşlar həyata keçirib. Agentliyin məlumatına görə, iyun ayı ərzində Batumiyə 12 ölkədən 300-ə qədər aviareys planlaşdırılır.