Bu gün, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahında əhval-ruhiyyə pisləşir. Orada “abses” yetişməyə başlayıb.
Sozcu.info Pravda.az-a istinadla xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.
“Bunun göstəricisi nəinki vəzifədən uzaqlaşdırılan, barələrində cinayət işi başlanan və istintaq aparılan komandirlərin sayıdır. Məsələn, 1-ci Tank Ordusunun komandiri, Qara Dəniz Donanmasının komandanı”, - ekspert bildirib.
Onun sözlərinə görə, Rusiya Baş Qərargahında ciddi təmizləmələr başlayıb, Federal Təhlükəsizlik Xidməti (FSB) düzgün planlaşdırılmamış “xüsusi əməliyyat” adlanan əməliyyata görə öz günahını hərbçilərin üzərinə atmağa çalışır.
“Bəli, düşmənin hesablamasını kim aparıb? Bu, hərbi komandanlığın qərarı üçün əsasdır! FSB. Buna görə də, orada çox ciddi şəkildə “abses” yetişməyə başlayır”, - Jdanov qeyd edib.
Bundan əvvəl Ukrayna Prezident Aparatı rəhbərinin köməkçisi Aleksey Arestoviç Rusiya Prezidenti Vladimir Putinin rus generallarını döydüyünü iddia edib.
“Moskvadan olan yaxşı adamlar bizə dedilər ki, dünən Putinin görüşü olub. Görüşdə generalların üstünə qışqırıb, nədənsə çox, amma çox narazı olub. Verdikləri sözü yerinə yetirməyiblər. Təxmin etməkdən çəkinirəm, amma bəzi əlamətlər baş verənlərə görə məni ruhlandırır”, - Arestoviç deyib.