Gürcüstan Prezidenti “Tvitter” şəbəkəsində Avropa liderlərinə görüntülü müraciət etdi


Sozcu.info  “Qruziya Onlayn” portalına istinadla xəbər verir ki, Gürcüstan Prezidenti Salome Zurabaşvili “Tvitter” şəbəkəsində video ilə müraciət edərək, Avropa liderlərini ölkə üçün bu cür mühüm məqamda Gürcüstanı dəstəkləməyə çağırıb.

Salome xanım Fransa Prezidenti Emmanuel Makrona üz tutaraq deyib: “70 illik uzunmüddətli sovet işğalı ərzində Gürcüstan Avropadan ayrı salınıb. Bununla belə o, həmişə dayanmadan bu yolu axtarıb, demokratiya və Avropa yolunda addımlayıb”.

Zurabaşvili Almaniya Prezidenti Frank-Valter Ştaynmayerə müraciətlə deyib: “Almaniya öz tarixindən bilir ki, divarlar avropalıları ayırmamalıdır. Gürcüstanın qədim dostu və tərəfdaşı kimi bu gün bu həlledici məqamda sizə, sizin Gürcüstana kömək edəcəyinizə ümid edirik”.

O, digər Avropa dövlətlərinin də liderlərini Gürcüstanın Avropa İttifaqına üzvlüyə namizəd statusu almasını dəstəkləməyə çağırıb.



Oxşar Xəbərlər

Xəbər lenti