8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Rusiyanın Ukrayna ilə sərhədyanı bölgəsində yerləşən Belqorod şəhərində bir neçə partlayış baş verib. Belqorodda silsilə partlayışlarda 3 nəfər ölüb, 4 nəfər yaralanıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə regionun qubernatoru Vyaçeslav Qladkov bildirib.
“Yarım saat əvvəl Belqorodda silsilə güclü səslər eşidilib. Mayakovski küçəsi, 23 ünvanında fərdi yaşayış binası yanır. Bütün operativ xidmətlər hadisə yerində işləyir. Üç zərərçəkən var. Onlar artıq xəstəxanaya aparılıblar. Ehtimal ki, hava hücumundan müdafiə sistemi işə salınıb”, - qubernator qeyd edib.
V.Qladkov daha sonra dəqiqləşdirib ki, Belqorodda silsilə partlayışlarda 3 nəfər ölüb, 4 nəfər yaralanıb.
Vilayət qubernatoru ərazidə dağıntıların olduğunu bildirsə də, tam olaraq nəyin baş verdiyini izah etməyib.
Qeyd edək ki, Rusiyada infrastrukturun zərər çəkdiyi insidentlər müntəzəm olaraq baş verir. Məsələn, iyunun 20-də Rusiyanın Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz Suzemka kəndinin guya Ukraynadan atəşə tutulduğunu, bundan əvvəl Rusiyadan atəş açıldığını bildirib. Ukrayna Müdafiə Nazirliyi bu məlumatı şərh etməyib.
İyunun 14-də Bryansk vilayətinin Klintsı şəhər dairəsinin Zaymişe kəndində gurultulu partlayışlar, mayın 1-də isə Rusiya Müdafiə Nazirliyinin Belqorod vilayətindəki obyektlərindən birinin ərazisində yanğın baş verib.
Bu cür hadisələrin Rusiyanın Ukraynaya hücum etmək qabiliyyətinə aşağı salmaq niyyəti daşıdığı güman edilir. Məsələn, Böyük Britaniyanın Müdafiə Nazirliyi güman edib ki, Belqorod yaxınlığındakı sursat anbarında martın sonunda baş vermiş partlayışlar və bu şəhərdəki neft anbarının məhv edilməsi Rusiyanın Xarkova hücumlarını çətinləşdirmiş ola bilər.
Lakin Ukrayna hadisələrdə iştirakını birbaşa təsdiqləməyib. Məsələn, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov Ukraynanın aprelin əvvəlində Belqoroddakı neft bazasında baş verən partlayışlarda iştirak etmədiyini bildirib. Onun sözlərinə görə, bu, yerli sakinlərin işidir, çünki fikir ayrılıqları yığılır və Rusiyada cəmiyyət “nəyisə anlamağa” başlayır.
Bununla belə, aprelin sonunda Prezident Aparatının rəhbərinin müşaviri Mixaylo Podolyak bildirib ki, Ukrayna özünü istənilən yolla, xüsusən də Rusiyadakı anbar və bazalara hücum etməklə müdafiə edəcək.