8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Rusiyanın müxtəlif bölgələrində könüllü batalyonlar yaradılır. Bunun “könüllülər batalyonu” adı altında ümumi səfərbərlik olub-olmadığı haqda bilgilər yoxdur. Rusiya mediası onu xəbər verir ki, könüllülər batalyonu Ukraynada 4 aydan çoxdur müharibəyə cəlb edilmiş ordunun yerlərdə itkilərini kompensasiya etmək, xüsusi əməliyyat zonasında qoşunların rotasiyasını həyata keçirmək və çağırışçıları cəlb etmədən hərbçilərin sayını artırmağa imkan verəcək.
Əvvəlcə Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov “Şimal-Axmat”, “Cənub-Axmat”, “Qərb-Axmat” və “Şərq -Axmat” adlı dörd ordu batalyonunun hazırlandığını bəyan edib.
Sonradan məlum oldu ki, Primoryedə 155-ci dəniz piyada briqadasının bazasında “Pələng” könüllülərdən ibarət batalyon yaradılır. Bu barədə Primorsk diyarı hökumətindən məlumat verilib. Qubernator Oleq Kozhemyako batalyonun təlim keçdiyi “Qornostay” hərbi poliqonunda olub. Qornostay və Bamburovo hərbi poliqonlarında təlimlər bir ay davam edəcək. Daha sonra könüllülər Ukraynaya gedəcəklər. Rusiya mediasının iddiasına görə, “haqq işinə xidmət etmək istəyənlərin sayı çoxdur”.
Könüllülərdən ibarət batalyonun yaradıldığı digər bölgə Başqırdıstandır. Başqırdıstan Respublikasının rəhbəri Radiy Xabirov “Miniqali Şaymuratov” adına könüllülər batalyonunun yola salınmasında iştirak edib. Xabirov bölmənin döyüş bayrağını tabor komandirinə təqdim edib. Könüllülərdən ibarət batalyon Orenburq vilayətindəki poliqona göndərilir, orada təlim keçəcək, silah və texnika alacaq. Könüllülər arasında çoxlu döyüş veteranları da var.
General Şaymuratov Böyük Vətən Müharibəsi illərində şöhrət qazanmış, Başqırd süvari diviziyasına komandirlik etmişdir.
Hərbi ekspert Viktor Muraxovski öz Teleqram kanalında daha bir neçə könüllülər batalyonun yaradıldığını deyib və adlarını sadalayıb: “Alqa”, “Timer” “Atal”, “Parma”, “Vyatka”, “Molot “...
"İyulun ortalarına - avqustun əvvəlinə qədər gözləyək" deyən ekspert, könüllü batalyonların hazırlığının tezliklə başa çatacağına və Ukraynadakı hərbi planların
Qeyd edək ki, bundan əvvəl müqaviləli hərbi xidmətlə bağlı qanunvericiliyə dəyişiklik edilib. İlk müqavilənin bağlanması üçün yaş həddi artırılıb. Qeyri-rəsmi məlumatlara görə, hərbi əməliyyat zonasında iştirak edənlər ayda 200 min rubl ala bilərlər. Onlar sosial müavinətlərlə, həyat və sağlamlıq sığortası ilə də tam təmin olunublar.
Yada salaq ki, iki gün əvvəl Putin “Rusiya Ukraynada hələ ciddi şəkildə heç nəyə başlamayıb” deyə, hədə dolu bəyanatla çıxış edib. Rusiya lideri “Qərbin bizimlə son ukraynalıya qədər döyüşmək istəyi Ukrayna xalqı üçün faciədir. Amma görünür, hər şey buna doğru gedir” deyərək sözlərinə belə davam edib: “Bu gün eşidirik ki, onlar bizi döyüş meydanında məğlub etmək istəyirlər, yaxşı, nə deyim, qoy cəhd etsinlər. Bu davam etdikcə, Rusiya ilə danışıqlar daha çətin olacaq.”
Görünür, Rusiya hədədən sonra həm də hərəkətə keçib...