Laçında qalan ermənilər təxliyə edilir


Qarabağdakı separatçı-terrorçu rejimin qalıqları Laçın şəhəri, Zabux və Sus kəndlərində qalan ermənilərin təxliyyəsinə başlayır.

Sozcu.info  Publika.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın “pastark” agentliyi məlumat yayıb.

Məlumata görə, baş separatçı Araik Arutyunyan bu gün Laçında qalan ermənilərin təxliyyəsinin sakit şəkildə aparılmasını, tərk edilən evləri isə yandırmağı tapşırıb.

Qeyd edək ki, Laçın dəhlizinin alternativ marşrutunun istifadəyə verilməsi ilə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycana təhvil verilməlidir.



Oxşar Xəbərlər

Xəbər lenti