Baş nazir narkoman olmadığını sübut etmək üçün test etdirdi - QALMAQAL davam edir


Finlandiyanın baş naziri Sanna Marinin əyləncə zamanı yayılan görüntüləri dünya gündəmi zəbt edib.

Sozcu.info  xəbər verir ki, görüntülərə görə təndiqlərə məruz qalan baş nazir müxalifətçi deputatların iddia etdiyi kimi narkotikdən istifadə etmədiyini və bunun üçün narkotik testi etdirdiyini açıqlayıb.

Narkotikdən istifadə etmədiyini dilə gətirən Marin "Qanunsuz bir şey etməmişəm. Gənc yaşımda belə narkotik istifadə etməmişəm", - deyə bildirib.

Qeyd edək ki, baş nazirin rəqsi ilə bağlı son video reaksiyaları daha da artırıb.

Musavat.com

 


Oxşar Xəbərlər

Xəbər lenti