26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
16-06-2026, 09:32
15-06-2026, 11:07
Bu barədə siyasətçinin vəkili Şalva Xaçapuridze məlumat verib.
Tbilisiyə gələn amerikalı tibb eksperti Erik Qoldsmit Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvilinin məhkəmə-psixiatrik ekspertizasını keçirib.
Onun sözlərinə görə, hazırda tədqiqatın birinci hissəsi başa çatıb, ikinci mərhələ isə bir neçə saatdan sonra həyata keçiriləcək.
“Ekspert məhkəmə-psixiatrik ekspertizası keçirdi, söhbət diktofonla lentə alınıb. İkinci hissə sınaqdan keçir. Yekun hesabata üç-dörd gün vaxt lazımdır”, – deyə vəkil bildirib.
Xaçapuridze qeyd edib ki, yekun hesabat iki suala cavab verməlidir: siyasətçi ağır xəstədirmi və bu, onun əvvəlki cəzasını çəkməsinə mane olurmu.
O əlavə edib ki, bazar ertəsi, avqustun 29-da Saakaşvilinin yanına BMT eksperti gələcək. \\KONKRET.az