Ermənilər Tbilisidəki Azərbaycan səfirliyinin qarşısında etiraz aksiyası keçirmək istədilər


Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, dünən Gürcüstandakı erməni icmasının üzvləri Azəraycanın Tbilisidəki səfirliyinin binasının qarşısında aksiya keçirməyə cəhd etsələr də, bu əməlin qarşısını almaq mümkün olub.

Yürüş “Avlabar” metro stansiyasının yaxınlığında başlayıb və Azərbaycanın diplomatik missiyasının binasına çatmamış yarıyolda dayandırılıb. Yürüş iştirakçılarının sayı az – 20 nəfərə yaxın olub. Gürcüstan polisi mitinq iştirakçılarından avtomobil yolundan çıxmağı tələb edib və Azərbaycan səfirliyinin qarşısına buraxılmayacaqları barəsində xəbərdarlıq edib. Nəticədə yürüş Gürcüstan parlamentinin binasının qarşısında başa çatıb – erməni icmasının üzvləri orada Azərbaycan əleyhinə əsassız və təxribatçı şüarlar səsləndiriblər.

Gürcüstandakı Azərbaycan icmasının üzvləri diplomatik missiyasının qarşısında dəstək mitinqi keçirmək istəsələr də, səfirlik hər hansı bir münaqişənin baş verməməsi üçün təhlükəsizlik məqsədi ilə bu tərdbiri keçirməməyi  məsləhət görüb.



Oxşar Xəbərlər

Xəbər lenti