Rusiyalılar ölkədən qaçır: Səfərbərlik qərarından sonra təyyarə biletləri tükənib


Rusiyada qismən səfərbərlik elan edildikdən sonra beynəlxalq aviabiletlərə tələb artır.

Sozcu.info “Bloomberg”ə istinadən xəbər verir ki, bilet satışı ilə məşğul olan şirkətlərdən toplanan məlumata görə, Rusiyadan uçuşların davam etdiyi bir çox ölkəyə sentyabrın 21-nə olan biletlər tükənib.

Digər tərəfdən, “Google”nin məlumatlarına görə, Rusiyada "təyyarə bileti", "bilet" və "xaricdə" kimi terminlər üçün internet axtarışlarında ciddi artım müşahidə olunub.

Xatırladaq ki, bu gündən Rusiyada qismən səfərbərlik elan edilib. Rusiyanın müdafiə naziri Sergey Şoyqu qismən səfərbərlik çərçivəsində ümumilikdə 300 min ehtiyat əsgərin xidmətə çağırılacağını bildirib.



Oxşar Xəbərlər

Xəbər lenti