İranda etirazlar orta məktəblərə sıçradı: Etirazçıların yaş ortalaması 15-ə düşdü - RƏSMİ


ortalaması 15-ə düşdü - RƏSMİ

2022-10-06 19:11:00

İranda etirazlar orta məktəblərə sıçradı: Etirazçıların yaş ortalaması 15-ə düşdü - RƏSMİ



«İranda son etirazlar zamanı həbs olunanların orta yaşı 15-dir».

Bu şok iddianı İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandan müavini admiral Əli Fədəvi dünən Tehranda Həsri-Abadan mühasirəsinin ildönümü münasibətilə keçirilən tədbirdə deyib.

Sepah News-un məlunatına görə, Əli Fədəvi məktəbli uşaqların bu etiraz aksiyalarına qoşulmasını komputer oyunlarında gördükləri küçə iğtişaşlarının simulyasiyasını real həyata tətbiqi ilə əlaqələndirib. Guya bu fikirləri ilə internetin toplumların həyatına mənfi təsirlərini izah etməyə çalışıb.

«Təhsil, bilik, izahat və təbliğat sahələrinə etinasız yanaşmaq bu insanların virtual və media məkanının mehrabında düşmən hədəfinə çevrilməsinə səbəb olub», - SEPAH yetkilisi bildirib.  

Səbəb nə olursa olsun, Əli Fədəvinin bu sözləri müsəlman düşməni, ermənipərəst İslam rejiminin İranda hətta məktəb uşaqlarında belə nifrət doğurduğunun rəsmi etirafı kimi səslənir. Həqiqətən də İrandan gələn məlumatlar rejimə qarşı etirazların məktəblərə qədər yayıldığından xəbər verir.

 

 

Məlumata görə, İranda Məhsa Əminin ölümündən sonra başlayan nümayişlər 19-cu gününə qədəm qoyarkən, etiraz dalğası ali məktəblərə liseylərə sıçrayıb.

İranın universitetlərində və ölkənin bir çox şəhərlərində keçirilən aksiyaları son vaxtlar orta məktəblərdə də müşahidə olunmağa

başlayıb.

 

Aksiyanın digər bir ölçüsü isə Elburz vilayətinin Kərəc şəhərində lisey şagirdi qızların şüarlar səsləndirərək yürüş keçirdikləri görüntülərinin sosial mediada yayımlanması ilə diqqət çəkib.

Dərsləri boykot etdiklərini bildirən şadird qızlar küçələrdə “Mollalar yox olmalıdır” şüarını səsləndirərək ölkə rəhbərliyinə öz etirazlarını çatdırıblar.

 

 

Nümayişlərin videoları arasında Şiraz şəhərində “Diktatora ölüm” şüarı ilə əsas yolu bağlayan orta məktəb şagirdlərinin hicablarını çıxarması görüntüləri də var. Bu görüntülərin birində məktəb direktoru olduğu zənn edilən şəxslə rastlaşan qız tələbələrin “Bəsicçi get, rədd ol” şüarını səsləndirərək reaksiya verdikləri görülür.

Görüntülərdə şagirdlərin daha çox məktəbin bağçasına toplaşaraq hökumət əleyhinə şüarlar səsləndirdiyi, başqa bir videoda isə yürüşə çıxan şagirdlərə müdaxilə edən polis və mülki geyimli şəxslərin onlara qarşı

zorakılıq göstərdiyi əks olunur.

 

 

Tehranda çəkildiyi iddia edilən videoda isə orta məktəb şagirdlərinin İran İnqilabının Rəhbəri Ayətullah Ruhullah Xomeyni və İran lideri Əli Xamneyinin fotosunu cırması diqqət çəkir.

Bir məktəbin etiraz edən şagirdləri saçlarını kəsdirdiyi halda, başqa bir məktəbdə azadlıq şüarları səsləndirilir.

 

]

 

Yeri göstərilməyən bir başqa videoda orta məktəb şagirdləri onlara reaksiya verən sürücünün maşınına təpiklə vuraraq “Diktatora ölüm” deyə bağırır.Sosial şəbəkələrdə orta məktəb şagirdlərinin bu hərəkətini dəstəkləyənlərlə yanaşı, buna qarşı çıxanlar da var. Bir çox sosial şəbəkə istifadəçiləri şagirdlərin hələ 18 yaşını doldurmadığı və hüquq-mühafizə orqanlarından müdafiə oluna biləcək vəziyyətdə olmadığını bildirərək, onları bu proseslərə qoşulmamağa çağırırlar. \\Ovqat.com 



Oxşar Xəbərlər

Xəbər lenti