Nensi Pelosinin evinə hücum edən şəxs KİMDİR? - ŞOK DETALLAR


Nensi gələnə qədər gözləyəcəyəm..."

Dünən naməlum şəxs ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin San-Fransiskodakı evinə basqın edib və həyat yoldaşı Paul Pelosini yaralayıb.

Sozcu.info  CNN-ə istinadən xəbər verir ki, 82 yaşlı Paul hazırda xəstəxanada müalicə alır. Nümayəndələr Palatasının sədri isə həmin vaxt evdə olmayıb.

Polis hücum edən şəxsin artıq saxlandığını açıqlayıb.

Hücumla bağlı təfərrüatlar hadisədən saatlar sonra bəlli olub.

221028115205-02-paul-pelosi-attack-scene.jpg (102 KB)

Hücumu 42 yaşlı David DePapenin həyata keçirib. ABŞ televiziya kanalları tərəfindən çəkilmiş Pelosi iqamətgahının şəkillərində evin arxasında pəncərələri sındırılmış açıq pəncərə əks olunub. Hücum edən şəxsin evə bu şəkildə girdiyi güman edilir.

Yerli sakinlərin dediyinə görə, Nensi Pelosi iqamətgahda olarkən evi cangüdən qoruyur. Lakin Nensi Pelosi paytaxta və ya başqa yerə iş üçün getdiyi zaman bu mühafizəçilər ortalıqda olmur.

DePape Paul Pelosiyə çəkiclə xəsarət yetirib. San-Fransisko Polis Departamentindən verilən açıqlamaya görə, o, Pelosinin evinə girərkən qışqıraraq “Nensi haradadır?” deyə soruşub. Daha sonra “Nensi evə gələnə qədər gözləyəcəyəm” deyərək Paulun əl-qolunu

bağlamağa çalışıb.

bd87cf55-e19a-4c02-be1d-17ae15ba685f.jpg (218 KB)

San-Fransisko polis rəisi Uilyam Bill Skott məmurların dünən saat 14:27-də “Pacific Heights” məhəlləsindəki Pelosi iqamətgahına göndərildiyini və orada əlində çəkic olan DePape ilə qarşılaşdıqlarını söyləyib.

Skott daha sonra şübhəlinin Paul Pelosiyə şiddətlə hücum etdiyini deyib. Daha sonra polis onu yaxalayaraq əlindən çəkici alıb və Paul Pelosiyə hadisə yerində ilkin tibbi yardım göstərilib.

Skott bildirib ki, DePape indiyədək adam öldürməyə cəhd, ölümcül silahla hücum, yaşlılara qarşı zorakılıq, oğurluq kimi bir çox cinayətlər törədib.

“KTVU”nun mötəbər mənbələrə istinadən məlumatına görə, müstəntiqlər DePapenin hücum etməyi planlaşdırdığı digər siyasətçilərin adları olan siyahı tapıblar.

WhatsApp Image 2022-10-29 at 16.10.08.jpeg (101 KB)

DePapenin iki qohumu “CNN”ə danışaraq onun əslən Kanadadan olduğunu, lakin təxminən 20 il əvvəl Kaliforniyaya köçdüyünü söyləyib:

“Onun şiddət göstərən insan olduğunu bilmirdim, amma olduqca aqressiv danışan biridir”.

Müxtəlif xəbər saytları DePapenin “Facebook” və “YouTube”da COVID-19 peyvəndlərinin ölümcül olduğu və 2020-ci il seçkilərinin nəticələrinin saxtalaşdırdığı barədə məlumatlar yaydığını da açıqlayıblar.
Musavat.com



Oxşar Xəbərlər

Xəbər lenti