Prezidentdən ŞAD XƏBƏR -
Tezliklə.....
Ölkədə doğulanların sayı azalıb, ölənlər isə artıb - RƏSMİ RƏQƏMLƏR
Prezident Sammit iştirakçılarına müraciət ünvanladı
Kərim Vəliyev təltif edildi
Prezident:
Azərbaycanda işsizlik aşağı həddə saxlanılır
Avro və rubl ucuzlaşdı, dollar isə... –
YENİ MƏZƏNNƏ
SON DƏQİQƏ!
Prezident onları TƏLTİF ETDİ
65 yaşı tamam olan həkimlərə şad xəbər
Rusiya və İran arasında böyük RAZILAŞMA:
2 aydan sonra BAŞLAYIR
Bu məhsullar vergidən azad olundu
G7 liderlərindən Ukraynaya böyük dəstək:
Rusiyaya qarşı sərt sanksiyalar gəlir
Magistratura imtahanlarında ölkə birincisi məlum oldu
Əvvəlki
Sonrakı
İrandan sonra növbəti hədəfini açıqladı
16-06-2026, 09:32
Milli Qurtuluşdan tarixi zəfərə
15-06-2026, 11:07
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
12-06-2026, 21:58
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
11-06-2026, 21:19
Xameneinin harada dəfn olunacağı açıqlandı
8-06-2026, 22:05
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Yaşlı kişinin gənc arvadından ŞOK ƏMƏL:
"Qonşu ilə sanitar qovşaqda..."
Bakıda 1957-ci il təvəllüdlü Nəsimi şəxsi münasibətlər zəminində arvadı Zəminəni (adlar şərti verilib – red.) öldürməyə cəhd edib.
Hadisə 25 oktyabr 2021-ci ildə baş verib.
Nəsimi həmin gün saat 15 radələrində rəsmi nikahda olduğu arvadı Zəminə ilə birgə yaşadıqları evdə növbəti dəfə mübahisə edib.
Mübahisə zamanı Nəsimi Zəminəyə ailəyə qayğı göstərməməsi, eləcə də guya başqa kişi ilə ona xəyanət etməsinə dair iradlarını bildirib. O, Zəmininənin bu iradlara kobud cavab verməsindən əsəbləşib, onu öldürmək qərarına gəlib. Mənzilin eyvanındakı saxlanc yerində olan çəkici götürüb və yataq otağında olan Zəminəyə yaxınlaşaraq baş nahiyəsinə qəfildən bir neçə dəfə ardıcıl zərbələr vurub.
Otaqdan çıxmağa çalışan Zəminənin müqavimətini qırmaq üçün onun baş nahiyəsinə həmin çəkicin dəmir hissəsi ilə zərbələr vurmaqda davam edib.
Zəminə onu itələyərək yaşadığı mənzildən çıxıb və yataqxananın dəhlizi ilə qaçıb. Nəsimi arxasınca qaçaraq dəhzildə ona daha bir zərbə vurub. Qonşuların müqaviməti, həmçinin Zəminəyə vaxtında tibbi yardım göstərilməsi nəticəsində onun həyatı xilas olub.
İstintaq orqanı tərəfindən Nəsiminin barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Faiq Qəniyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.
"Arvadım məni günahkar sayırdı”
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Nəsimi elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.
O bildirib ki, 1983-cü ildə Nigarla ailə həyatı qurub və həmin nikahdan iki övladı olub:
“2009-cu ildə Nigarla boşandım və o, 2021-ci ildə COVİD-19 virusuna yoluxaraq öldü. Nigarla birgə nikahdan olan oğlum Əli 2005-ci ildə avtoqəza nəticəsində ölüb, qızım Səmayə isə ailə həyatı qurub. Nigarla boşanmağıma səbəb əsasən Rusiya Federasiyasında yaşamağım və oğlum Əlinin avtoqəza nəticəsində öldükdən sonra evdə yaranmış narazılıq olub.
Nigar ailəmin üstündə olmamağımı bəhanə gətirərək oğlum Əlinin ölümündə psixoloji olaraq məni günahkar sayırdı. Boşandıqdan sonra qızım Səmayə ilə əlaqə saxlasam da, gediş-gəlişlərimiz olmayıb”.
“Uşağı xəstəxanadan məndən xəbərsiz çaxardı”
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2010-cu ildə Zəngilan rayonundan olan həmyerlisi Zəminə adlı qadınla ailə qurub:
“Birgə nikahdan 2011-ci ildə qızım Səidə anadan oldu. Zəminə ilə nikahda olduğum müddətdə tikintilərdə fəhləlik etməklə ailəmi saxlamışam. Aramızda ilkin narazılıq övladımız Səidə doğulandan sonra başladı.
Narazılığa səbəb yeni doğulmuş övladımı məndən xəbərsiz xəstəxanadan baldızım Sevincin çıxararaq evinə aparması oldu. Zəminə həmin ərəfədə mənə zəng edərək Səidənin vəziyyətinin ağır olduğunu dedi, təcili məni Sevincin evinə çağırdı.
Körpəni Sevincin evindən Yasamal rayonu ərazisində yerləşən Pediatriya İnstitutuna apardım. Bağırsaqlarında olan tutulmalarla bağlı onu reanimasiya şöbəsinə yerləşdirdim. Səidə bir müddət stasionar xəstəxanada qaldı və müalicə olundu.Səidəni evə gətirəndən sonra Zəminə ilə aramızda ona qızıl-zinət əşyalarının alınmaması ilə bağlı mübahisələrimiz oldu. Zəminəyə əsəbləşərək bir ata kimi uşağımı xəstəxanadan çıxarma sevincini yaşaya bilmədiyimi, ata kimi övladımı özüm çıxarmaq istəyimi bildirdim”.
“Özüm-özümə qulluq etdim”
Nəsimi qeyd edib ki, Zəminə ilə münasibətlərinin pozulmasına səbəb eyni zamanda onda onkoloji xəstəliyin aşkarlanması və keçirdiyi əməliyyatla bağlı olub:
“Həmin xəstəlik məndə 2015-ci ilin oktyabrında tapıldı. Şüa terapiyası qəbul etdim və 2016-cı ilin aprelində əməliyyat olundum. 2017-ci ildə prostat vəzidən də əməliyyat olundum. 2016-cı ilin dekabrınadək Zəminə mənə qayğı göstərdi. 2017-ci ilin əvvəlindən isə artıq mənə heç bir diqqət yetirmədi. Həyat yoldaşı kimi davranmadı. Mənə evdə yemək verilmədi, paltarlarım yuyulmadı, özüm-özümə qulluq etdim”.
“Hərəkətləri məni bezdirdi”
Nəsimi qeyd edib ki, Zəminə özü 2016-cı ildən bir şirkətə işə qəbul olub və orada xadimə kimi işləyib:
“Xəstə olmağımdan istifadə edərək artıq məni saymadı. Qızım orta məktəbin şagirdi idi. Amma son iki ildə pandemiya ilə əlaqədar məktəbə getmirdi.
Daha sonra məktəblər açıldı. Zəminə Səidəni məktəbə aparıb-gətirdi. Hər gün səhər saatlarında işə gedib, günorta fasilədən sonra evə gəlirdi. Bəzi vaxtlar evə gəlmir, ya da mənə demədən istədiyi vaxt evə gedib-gəlirdi. Artıq Zəminənin hərəkətləri məni bezdirmişdi”.
“Şübhələrim məni narahat etdi”
Təqsirləndirilən şəxs deyib ki, 2016-cı ildən sonra Zəminənin qohumları belə onlara ayaq basmayıb:
“Yalnız Zəminə özü qohumlarının evinə gedib-gəlirdi.
Hadisədən bir ay əvvəl Zəminənin yataqxanada yaşayan, boşanmış Valeh adlı şəxslə əlaqəsinin olmasından şübhələndim. Həmin ərəfədə Zəminə qızım Səidə ilə bacısının evinə getmək adı ilə evdən çıxaraq getmişdi. Təxminən 20 dəqiqə sonra dəhlizdə səs eşitdim. Çıxarkən dəhlizdə alaqaranlıqda uşaq gözümə dəydi, yaxınlaşdıqda qızım Səidənin olduğunu gördüm.
Səidəyə yaxın gələndə o, “ana, ana” deyərək səslədi, Zəminə ilə Valeh isə dəhlizin baş hissəsində yerləşən sanitar qovşağı tərəfindən birgə çıxdılar. Yaxınlaşarkən əlimlə onun saçından tutdum, divara söykədim. Başını divara vurmaq istədim. Səidənin Zəminənin ayağına sarılıb, “ana” deyib qışqırması məni dayandırdı.
Zəminə qorxusundan səsini çıxarmadı. Bu vaxt Valeh də kənardan “ay qonşu, mənəm” dedi. Valehin sözlərinə məhəl qoymadım. Zəminə isə mənə bu barədə artıq bir söz demədən birlikdə evə keçdik.
Hadisə gününədək evdə vəziyyət bir qədər də kəskinləşdi. Zəminənin hərəkətini qəbul edə bilmədim. Valehlə əlaqəsinin olub-olmamasını bilməsəm də, şübhələrim məni narahat etdi. Özümün aldadıldığımı hiss etdim.
Yataqxananın dəhlizi qaranlıq olduğundan mənzilin giriş qapısı tərəfdən lampa asdım. Lakin Zəminə dəhlizin qaranlıq qalması üçün həmin lampanı vuraraq sındırdı. Hətta dəhlizdə olan yardımçı otağın qapısını düzəltdirərək qıfıl vurdurdum. Zəminə həmin otaqda olan lampanı da sındırdı. O, paltarları yuyub, həmin yardımçı otaqda qurudurdu. Zəminəyə yaşadığımız mənzilin eyvanı olduğunu və paltarları eyvanda qurutmasını dedim. Həyat yoldaşımın bu hərəkətləri beynimi qarışdırdı. Özümü ələ ala bilməyərək nə edəcəyimi bilmədim”.
“Çəkiclə zərbələr vurdum”
Nəsimi qeyd edib ki, 25 oktyabr 2021-ci ildə məktəb pandemiya ilə əlaqədar bağlandığından Zəminə Səidəni onlayn dərs keçməsindən ötrü bacısı Vəfanın yaşadığı evə aparıb:
“Zəminə günortadan sonra evə gələndə son bir ayda evdə olan hadisələrin, eləcə də evə gecələr gəlməsi və ya heç gəlməməsinin uşağın tərbiyəsinə pis təsir etdiyini, gələcəkdə övladımın ailəsində problem yaranmasına səbəbolacağını dedim. Zəminəyə iradımı bildirdim və onun düzəlməsini tələb etdim. Amma Zəminə yaxşı etdiyini, mənim ona artıq lazım olmadığını dedi, yataq otağına keçdi.
Həmin vaxt əsəblərimi cilvolaya bilmədim. Qonaq otağında olan eyvana çıxaraq çəkici götürdm və Zəminənin olduğu yataq otağına keçdim. Sağ əlimdə olan çəkiclə Zəminəyə yaxınlaşdım, ondan bu hərəkətlərinə son qoyub-qoymayacağını soruşdum. Əsəbi cavab qaytardığı üçün çəkiclə ona ilk zərbəni endirdim. Zəminə həmin vaxt ayaq üstə idi. Söhbət apara bilməyim üçün əlimdəki çəkiclə əvvəl onu yavaş vurdum. Zərbədən sonra sifətimə əl atarkən əlimdəki çəkiclə ikinci zərbəni vurdum.
Zəminə məni əli ilə itələdi. Özünü qorumağa çalışsa da, ardıcıl şəkildə zərbələr vurmaqda davam etdim. Evin qapısından məhəlləyə düşməməsi və qonşuların bilməməsi üçün onu əlimlə saxlamağa cəhd etdim. Lakin məni itələdi, əlimdən çıxaraq dəhlizə çıxdı. Biz beşmərtəbəli binanın üçüncü mərtəbəsində yaşadığımıza görə, Zəminənin arxası ilə yataqxananın dəhlizinə çıxdım. Onu dəhlizdə vurmadım. Pilləkənin başında çataraq iki dəfə də orada çəkiclə vurdum.
Zəminənin arxası ilə 3-cü mərtəbədən 2-ci mərtəbəyə düşən pilləkənin yarısınadək qaçdım. Onun “bacımgilə çatdırın” sözlərini deyərək qışqırdığını, ətrafda yaşayan və səsə çıxan qonşuların ona köməklik etdiklərini gördüm”.
Nəsimi bildirib ki, bundan sonra otağa qayıdaraq çəkici qonaq otağının pəncərəsinə qoyub və üzünə su vuraraq ayılmağa çalışıb: “Həmin gün gecə saatlarınadək parkda gəzdim. Daha sonra Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsinə getdim, cinayəti könüllü etiraf etdim. Hərəkətlərimdən çox peşmanam”.
“Evə baxmadı, övladını unutdu”
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Zəminənin sözlərinə görə, Nəsimi ilə münasibətlərinin pozulmasının əsas səbəbi onda bədxassəli onkoloji xəstəliyin aşkarlanması və həmin xəstəlikdən keçirdiyi əməliyyatları olub:
“Xəstəlik Nəsimidə 2015-ci ilin oktyabrında tapıldı. Həmin vaxtdan şüa terapiyası qəbul etdi. 2016-2017-ci illərdə cərrahi əməliyyatlar keçirdi.
Xəstəlikdən sonra demək olar ki, evə baxmadı, bizimlə ümumiyyətlə maraqlanmadı, işi ancaq səhər parka gedib, gecə saatlarında evə qayıtmaq oldu. Evə ərzaq almadı, ümumiyyətlə övladını sanki unutdu. Ona görə qızımı özüm böyüdüb, boya-başa çatdırmaq üçün artıq 2016-cı ildə işləmək qərarına gəldim”.
“Bağışlamıram”
Nəsiminin onu öldürməyə cəhd etməsindən danışan zərərçəkmiş deyib ki, Valehlə xəyanət etməsi barədə iddialar yalandır:
“Valeh əvvəllər bizimlə qonşuluqda yaşasa da, təxminən 2-3 il olar oradan köçüb. Bildiyimə görə, Valeh indi Füzulidə yaşayır. Qardaşı Rasim bizimlə eyni mərtəbədə ayrı mənzildə yaşayıb.
Valeh 2021-ci ildə dəqiq xatırlamadığım vaxtda evinin açarını müştəri olan zaman göstərilməsi üçün bizə vermişdi. Bir dəfə mənə zəng edərək evə baxmağa müştərinin gəldiyini, amma bizi tapmadığını dedi. Mən də Valehə işdə olduğumu, Nəsiminin isə səhərlər parka getdiyini bildirdim.
Bu səbəbdən Valehin sözü ilə evə nəzarət olunması üçün mənzilin açarını bacımla qonşuluqda yaşayan gəlinləri Fəridəyə verdim. Mənim Valehlə bir dəfə bu məsələ ilə bağlı telefon danışığım olub. Başqa heç bir əlaqələrimiz, qadın-kişi münasibətlərimiz olmayıb.
Nəsiminin əxlaqım barədə dediklərini qəbul etmirəm. Bu söz-söhbətlərin hamsı uydurmadır. Heç bir halda mənə qarşı etdiyim belə qəddar hərəkətə görə bağışlamıram. Ona görə də onun ömürlük azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini istəyirəm”.
Nəsimi 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.
(Teleqraf.com)
Oxşar Xəbərlər
Azərbaycanda DƏHŞƏT:
Azərbaycanda şirkətdə 22 yaşlı oğlanın qətlinin ŞOK SƏBƏBİ
“Məşədi Dadaş” məscidinin qarşısında qətl
Bakıda 49 yaşlı kişi qətlə yetirilib
Xəbər lenti
Prezidentdən ŞAD XƏBƏR -
Tezliklə.....
Ölkədə doğulanların sayı azalıb, ölənlər isə artıb - RƏSMİ RƏQƏMLƏR
Prezident Sammit iştirakçılarına müraciət ünvanladı
Kərim Vəliyev təltif edildi
Prezident:
Azərbaycanda işsizlik aşağı həddə saxlanılır
Avro və rubl ucuzlaşdı, dollar isə... –
YENİ MƏZƏNNƏ
SON DƏQİQƏ!
Prezident onları TƏLTİF ETDİ
65 yaşı tamam olan həkimlərə şad xəbər
Qadınların pensiya yaşı ilə bağlı SON XƏBƏR:
İyulun 1-dən etibarən ...
"Arvadım telefona gec cavab verdi deyə onu döydüm"
Bu ərazilərdə qaz olmayacaq
Kürdəmirdə qəza: xəsarət alanlar var
Rusiya və İran arasında böyük RAZILAŞMA:
2 aydan sonra BAŞLAYIR
Rəvan Qarayev:
“Həyat yoldaşım buna icazə vermir”
Bu məhsullar vergidən azad olundu
G7 liderlərindən Ukraynaya böyük dəstək:
Rusiyaya qarşı sərt sanksiyalar gəlir
Magistratura imtahanlarında ölkə birincisi məlum oldu
Toydan əvvəl bu sənədi imzalayanlar sonradan məhkəmə yollarında qalmır
Bu sürücülər kəmər taxmaya bilər
Əməkdar artist canlı yayımda ölüm xəbəri aldı
Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib
-Fotolar
Nazirlər Kabinetindən aqrar sektorla bağlı QƏRAR
Əli Əsədov bu qərarı TƏSDİQLƏDİ
Prezident Administrasiyasında Asim Mollazadə ilə görüş keçirildi
Sələmə pul verən qadını öldürən qazi imiş... -
Qumarda 50 min manat uduzub
Leyla Əliyeva Almaniyada UNFCCC-in icraçı katibi ilə görüşdü
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
Moskva ətrafında təxminən 60 PUA zərərsizləşdirilib
Məhərrəm ayı başladı
İrandan sonra növbəti hədəfini açıqladı
Prezident Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına
- Müraciət ünvanladı
Sumqayıtda iş adamınıa qarşı 600 min manatlıq şantaj əməliyyatı...
- Təfərrüat
AÇIQLAMA – Tarix də açıqlandı
“İranla saziş əldə edildi, hamını təbrik edirəm!”
Koçaryanın saxlanılma anı sosial şəbəkədə yayıldı
-VİDEO+FOTO
Milli Qurtuluşdan tarixi zəfərə
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
Zəngəzurda yeni savaş: Rus ordusu məşhur kəndə girişi bağlayıb
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
1 həftə sonra məzun olacaqdı...
-Foto
Trampın İran siyasətinə etirazlar artır
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
PRİZMA
İnsan ruhunun çıxılmaz keçidləri İmamverdi İsmayılovun “LABİRİNT” povesti haqqında düşüncələr
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
Trampın İran siyasətinə etirazlar artır
SOSİAL
1
2
3
4
5
6
Qadınların pensiya yaşı ilə bağlı SON XƏBƏR:
İyulun 1-dən etibarən ...
Bu ərazilərdə qaz olmayacaq
Rəvan Qarayev:
“Həyat yoldaşım buna icazə vermir”
Toydan əvvəl bu sənədi imzalayanlar sonradan məhkəmə yollarında qalmır
Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib
-Fotolar
Prezident Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına
- Müraciət ünvanladı