Rusiyada səfərbərlik başa çatıb


Sozcu.info xəbər verir ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyi səfərbərlik çərçivəsində hərbi xidmətə çağırışla bağlı bütün tədbirlər başa çatdığını, çağırış vərəqələrinin hazırlanması və çatdırılmasının dayandırıldığını bildirib.

Müdafiə naziri Sergey Şoyqunun tapşırığına əsasən,  Baş Qərargah “noyabrın 1-dək qismən səfərbərlik tədbirlərinin başa çatdırılması barədə məlumat vermək üçün hərbi dairələrin komandirlərinə və Şimal Donanmasının komandirinə göstərişlər göndərib”. Oktyabrın 31-dən hərbi komissarlıqlar əvvəlki qaydada işə qayıtmalıdırlar. Gələcəkdə onlar yalnız könüllülərin və müqavilə əsasında hərbi xidmətə namizədlərin qəbulu ilə məşğul olacaqlar.



Oxşar Xəbərlər

Xəbər lenti