Saakaşvili çox ağır, tanınmaz vəziyyətdədir: “Həyatı bir tükdən asılıdır”


Hurriyyet.az xəbər verir ki, Gürcüstan parlamentinin “Milli hərəkat” blokundan olan deputatı Nato Çxeidze Gürcüstanın üçüncü Prezidenti, hazırda həbsdə və ağır xəstə olan Mixail Saakaşvili ilə görüşüb, onun vəziyyəti barəsində Saakaşvilinin “Feysbuk” səhifəsində paylaşım edib.

Çxeidze yazır: “Getdim və onu gördüm.

Mixeil Saakaşvilini tanıyanlar artıq onu tanımayacaq. Onun necə göründüyünü xatırlayanlar onu tamam başqa cür görəcəklər.

Səylə ağ boya ilə boyanmış iki pəncərədən göy üzünün bir parçası belə görünmür. Kamera deyil, yeraltı zindandır. Kresloda oturan yarımskelet tibb sisteminə qoşulub və temperaturu 37.5 dərəcədir.

Deformasiyaya uğramış oynaqlar, məhdud hərəkətlilik, əzalarından biri işləmir. Seyrəlmiş saçlar və solğun üzündə məcburi təbəssüm. Onu tanımayacaqsınız.

Başlayırsan kamerda/zindanda sağa-sola boylanmağa və fikirləşirsən ki, 6 ay əvvəl, mayın 12-də televizorda Vivamediyə köçürülən zaman ayaq üstə durduğunu gördüyün o adam hardadır? O daha yoxdur. Yalnız gördüyün adam var.

“Gəl, yaxın otur“, –  deyir, sən də onu sürətli və xarakterik danışıq tərzindən tanıyırsan; ondan bir bu qalıb, o danışığı da tez-tez nəfəsini dərmək üçün verdiyi fasilələrin arasında eşidirsən.

Yanına yaxınlaşacaqsan, yanında oturacaqsan və oradan-bundan danışmağa başlayacaqsan, bir az keçmişdən, daha az indidən və lap az gələcəkdən danışacaqsan. Dinləyir, söhbətə qarışır və daha çox keçmişdən danışır, sonra Zelenskidən, sonra... heç nədən.

Onun həyatı artıq bir tükdən asılıdır. Mixail Saakaşvili məhbus deyil. Belə xəstələr dustaq ola bilməz, belə insanlar məhbus vəzifəsini yerinə yetirə bilməz”.

“İndi gedəcəyəm”,  –  deyirəm.

“Get burada nə gördüyünü danış”, –   deyir hələ də gülümsəyir”.



Oxşar Xəbərlər

Xəbər lenti