10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
Əvvəlki
Sonrakı
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
Dünən, 21:58
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
11-06-2026, 21:19
Xameneinin harada dəfn olunacağı açıqlandı
8-06-2026, 22:05
“Qara günlər” başlayır - Yay ayları ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
29-05-2026, 12:03
İranda keçmiş MMA çempionu edam edildi
26-05-2026, 21:18
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Saakaşvilini kimlər, niyə aldatdı ...
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Gürcüstana “ikinci qızılgül inqilabı” üçün gəlmişdi. Böyük ehtimalla, tərəfdarları və Qərb ölkələrindən ona məsləhət verənlər bu dəli gürcünü yanıltdılar. Mişaya elə gəlirdi ki, əsas məsələ onun Gürcüstan ərazisinə daxil olmasıdır. Bu, baş versə, gürcü xalqı dərhal ayağa qalxacaq, meydanlara töküləcək və indiki hakimiyyəti devirib, yerində özü oturacaq.
Hansı ki, bu ssenari artıq bir dəfə baş verib. 2003-cü ildə məhz qızılgül inqilabı adlandırılan modellə Saakaşvili Şeverdnadze hakimiyyətini devirərək, iqtidara gəlib.
Lakin ikinci cəhd alınmadı və Mişa iqtidar əvəzinə, həbsxanaya yerləşdi. Gürcü xalqı isə millət olaraq ayağa qalxmadı, küçələrə axmadı, ‘’Mişa-Mişa’’ deyib, mövcud iqtidarı devirmədi. İndi ən yaxşı halda onu sıx nəzarət altında hansısa xəstəxanaya yerləşdirə bilərlər. Ona görə ki, Mişanın səhhəti pisləşib - o, 20 gündür aclıq aksiyası keçirir.
Yada salırıq ki, keçmiş prezident oktyabrın 1-də Tiflisdə saxlanılıb. Hazırda Rustavidəki 12 saylı həbsxanada saxlanılan siyasətçi artıq 20-ci gündür aclıq aksiyası keçirir. Ötən gün sabiq dövlət başçısına baş çəkən həkimlər onu xəstəxanaya yerləşdirməyi tövsiyə ediblər. Saakaşvili də bu təklifə razılaşıb. Lakin deyib ki, aclıq aksiyasını davam etdirəcək.
Mişanı kimlər aldatdı? Gürcü xalqı niyə onun düşündüyü kimi, öz liderini bağrına basmadı?
Azər Hüseynov: “O, beynəlxalq şəbəkənin oyunçusudur”
AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Azər Hüseynov Saakaşvilini qəhrəman hesab etmir: “Sizə verdiyim müsahibədə demişdim. O, təqdim edildiyi qədər də qəhrəman deyil. Mişa beynəlxalq şəbəkənin oyunçusudur. Dövlət təsisatını etibarsızlaşdırmaq, kütləni psixosiyasi tətikləmək. Amma bu adam siyasi ciddiyyətini itiribdir. Bu onu göstərir ki, okeanın o tayından idarə olunan şəbəkənin texnologiyası da artıq işləmir. Gürcü xalqına maddi rifah lazımdır, bir də sakitlik. 2008-ci ilin avqust hadisələrinin təkrarlanması və yeni itkilər lazım deyil”.
Aygün Muradxanlı: “Mişa siyasətçi Saakaşvilini diriltməklə məşğuldur”
Prime TV-nin rəhbəri Aygün Muradxanlı Saakaşvilinin gürcü iqtidarını titrədəcəyini düşünür:
“Mişanın qayıdış ssenarisinin baş tutmadığını düşünmürəm. Ona görə ki, Mixeil Saakaşvili zamanlamanı gözəl bilən siyasətçidir. O, bu dəfə də düşünürəm ki, yanılmadı. Seçkidən cəmi 1-2 gün öncə ölkəyə gəlişi təbii ki, iqtidar üçün şok effekti yaratdı. Mişa çox əla bilirdi ki, seçkidə müxalifət qalib gələ bilməyəcək və həbs ediləcək. Çünki son illərdə onu dəstəkləyən və dəstəkləməyən bütün siyasi müxalifət partiyaları param-parça olmuşdular. Ən yaxın silahdaşları siyasətdən, ölkədən getmişdilər. Belə bir durumda Gürcüstana dönməklə o, həm də müxalifətin real gücünü öyrəndi. Demək ki, narazılığa, iqtisadi problemlərə baxmayaraq millət gərginlik istəmir.
Mişa dönüşü ilə iqtidar komandası üçün ciddi zorluqlar yaradıb. Artıq xalq üçün alternativ var - meydana yığılan 60-70 min əhali günün birində oturaq mitinqlərə başlaya bilər. İkincisi, gəlişi Gürcüstana Qərbin diqqətini artırıb. Avropa strukturları təmsilçilərinin birinin uçağı qalxmamış, o birisininki enir. Bu, Gürcü Arzusunun Rusiya ilə işbirliyi planlarını əngəlləyir. Daha Moskva Tiflisdə sərbəst əl-qol aça bilmir.
Mişa aydındır ki, Qərbin dəstəyi ilə yetişən siyasətçidir. Amma o, gəlişi və həbsi ilə bütün region ölkələrinə sübut etdi ki, Qərbə aşırı arxayın olmadan problemləri içdə çözmək zamanıdır. Nyu-Yorkda “Tayms” meydanında sosial şəbəkələr üzərindən verdiyi açıqlamalarda da deyirdi ki, biz öz gücümüzə arxalanmalıyıq.
Bir məsələ də var - həbs edilən şəxs Ukraynada yüksək dövlət vəzifəsi tutan şəxsdir. Olaydan dərhal sonra Zelenskinin açıqlamalarında bildirilirdi ki, Kiyev onun ekstradisiyası üçün hər şey edəcək. Amma maraqlıdır ki, Ukraynada çoxları-həm hökumət üzvləri içərisində bir çoxları, özəlliklə də oliqarxiya Saakaşvilinin Ukraynaya dönməməsi üçün hər şeyə hazırdırlar. Çünki onun islahatları, antikorrupsiya addımları bu şəxslərin iş dünyasında da, hakimiyyət içərisində də ciddi sıxışdırılması demək idi. Onlar bu həbslə bəlkə də öz həbs təhlükələrindən qurtulublar. Mişa həbs edilməklə bir neçə məqsədinə çatdı - Qərbə anlatdı ki, Qafqaz sürətlə onun nüfuz dairəsindən çıxır, təcili tədbir görülməsə, Moskva təsirini daha da artıracaq. Millətə anlatdı ki, Qərbi hərəkətə keçirmək üçün passiv seçkilər yetərli deyil. Siyasi rıçaq kimi mitinqlər, yürüşlər vacibdir.
Ən önəmlisi, o, uğursuzluq səbəbilə parçalanan müxalif siyasi gücləri hərəkətə keçirib. Yeni koalisiyalar yarana bilər. Saakaşvilinin həbsdə çox qalacağını düşünmürəm. O, gəldiyi kimi, həbsdən çıxmağı da bacaracaq. Özü də daha güclü və əzmli olaraq. Yəni səhhətində ciddi problemlər yaratmaq bahasına Mişa siyasətçi Mixeil Saakaşvilini diriltməklə məşğuldur".
Əhməd İmamquliyev
Müxalif Avropalı Gürcüstan Partiyasının funksioneri Əhməd İmamquliyev Saakaşvilinin aldadıldığını düşünür:
“Siz də doğru deyirsiniz ki, 2003-cü ildən 2012-ci ilə qədər Mixail Saakaşvilinin hakimiyyətdə olduğu dövrdə Gürcüstanda böyük dəyişikliklər oldu. Təbii ki, bu dəyişikliklərin bəziləri müsbət, bəziləri də mənfi oldu. Müsbət o idi ki, orta səviyyədə rüşvətin aradan götürülməsi oldu. Eyni zamanda insanlara kiçik günahlarına görə böyük cəzalar verildi. 2012-ci ildə həbsxanadan məlum video yayıldı və orada məhbuslara qarşı insan hüquqlarından uzaq olan bir vəhşilik, zorakılıq halları var idi. Üzr istəyirəm, onların başına açılan oyunları da çəkmişdilər. Bunu deməkdə məqsədim sizin verdiyiniz suallara cavabı burada axtarmaqdır. Mediada yayıldığı kimi, Saakaşvilini bütün gürcü xalqı sevirmi? Xeyr, sevmir. Bu da onunla bağlıdır ki, onun prezidentliyi dövrü həm mənfi, həm də müsbət olmuşdu. Saakaşvili eyforiya və illüziyaya qapanıb. Nəticəsi onun Gürcüstana qayıtması oldu. Bunun da əsas günahkarlarından biri Tako Çarkviani idi. O, həm aktyordur, həm də partiyası var. O demişdi ki, Saakaşvilinin gəlməsi üçün imzalar toplayıram, 104 min imza toplamışam. Amma Saakaşvili Gürcüstanda olanda min nəfər belə parlamentin önünə yığılmadı. Eyni zamanda Saakaşvilini aldadanlardan biri də Gubaz Sanikidze idi. Onlar gürcü xalqı Saakaşvilinin yolunu gözləyirmiş kimi şişirdilmiş məlumatlar yaydılar. Onlar bir qrup idilər və partiya rəhbərliyi ilə problemlər yaşayırlar. Nika Melia koalision hakimiyyətin tərəfdarıdır. Müxalifətin birləşib koalisiya formasında mübarizəsini istəyir. Saakaşvilinin tərəfdarı olanlar və onu aldadıb Gürcüstana gətirənlər yalnız hakimiyyətə gəlmək istəyində olanlardır. Saakaşvili hakimiyyətpərəstlərin fikirlərinə aldandı. Çox təəssüflər olsun ki, sosial şəbəkələrdəki statuslara aldanıb gəldi. Biz hər zaman deyirdik ki, Saakaşvili Gürcüstana müxalifət olaraq hakimiyyəti biz devirdikdən sonra gələ bilər. Bu gün bizim dediklərimiz öz sübutunu tapdı”.
Oxşar Xəbərlər
Mixeil Saakaşvilinin vəziyyəti pisləşib
Saakaşvili aclıq aksiyasını davam etdirir
Saakaşvili 14 gündür aclıq edir
Vəkil: “Mixail Saakaşvilinin durumu pisləşir”
Xəbər lenti
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
Zəngəzurda yeni savaş: Rus ordusu məşhur kəndə girişi bağlayıb
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
1 həftə sonra məzun olacaqdı...
-Foto
Trampın İran siyasətinə etirazlar artır
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
Avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
Bakıda qadın sürücü piyadanı vuraraq ÖLDÜRDÜ
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
SON DƏQİQƏ!
Xəzərdə ZƏLZƏLƏ OLDU
Azərbaycan neftinin son dəqiqə QİYMƏTİ
Rusiyanın 14 bölgəsində HƏYƏCAN -
Müdafiə Nazirliyi TƏCİLİ MƏLUMAT YAYDI
Arazda batan 17 yaşlı gəncin meyiti tapıldı
Prezident bu quruma yeni SƏLAHİYYƏT VERDİ
Xameneinin dəfni bu tarixdə olacaq
Evini satanlar üçün ciddi problem:
Minlərlə vətəndaş qeydiyyatsız qala bilər
Bakıda hoteldə KİŞİ ÖLDÜ
Qanunsuz silah saxlayanlara xəbərdarlıq edildi
Abel Məhərrəmova vəzifə verildi
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
MİQ üzrə vakant yerlərin SİYAHISI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Nazir hesabat verdi
Saqqız iddiası ilə bağlı məktəb qalmaqalına rəsmi
AÇIQLAMA
Ruslan Quliyev dəfn olundu -
FOTO
Həkim səhvinə görə kompensasiya almaq mümkündür?
Uşaq bağçasındakı ərzaqları oğurlayırlar?
Trampdan İranla bağlı
MÜHÜM AÇIQLAMA
Ceyhun Bayramov gürcü həmkarı ilə görüşdü
Bağı olanlara ŞAD XƏBƏR -
Prezident sənəd İMZALADI
Azərbaycan və Gürcüstan XİN başçıları İstanbulda görüşdülər
Xameneinin harada dəfn olunacağı açıqlandı
Toy karvanında avtoxuliqanlıq etdi, həbs olundu
-VİDEO
Tramp “yeni müharibə” vədini rədd etdi, müsahibəni yarımçıq dayandırdı
İran və İsrail arasında gərginlik yenidən alovlandı
-Tərəflər qarşılıqlı hava hücumları həyata keçirdi
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Prezident FƏRMAN İMZALADI
Pirşağıda qanlı dava -
1 gənc həyatını itirdi
PRİZMA
İnsan ruhunun çıxılmaz keçidləri İmamverdi İsmayılovun “LABİRİNT” povesti haqqında düşüncələr
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
Trampın İran siyasətinə etirazlar artır
SOSİAL
1
2
3
4
5
6
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Yola maşınla çıxanlara VACİB XƏBƏR -
7 əsas küçədə…