Saakaşvili yenə aclıq elan elədi


Sozcu.info xəbər verir ki, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili yenidən aclıq elan edib. Vəkili Şalva Xaçapuridzenin sözlərində görə, onun bu addımı atmasının səbəbi Gürcüstan Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Saakaşviliyə məhkəmə iclasında videokörpü yolu ilə iştirak eləmək imkanı verməməsi olub.

Saakaşvilinin müraciətində deyilir: “Bu gün mənə ən elementar hüququmdan istifadə eləməyə - öz məhkəmə prosesimdə iştirak eləməyə imkan vermədilər. Bu, bütün Gürcüstan və beynəlxalq hüquqların pozulmasıdır. Ona görə də etirazın ən ağır forması olan aclıq eləməyə məcburam”.

Qeyd edək ki, bu gün Tbilisi Şəhər Məhkəməsinin Saakaşvilinin səhhətindəki problemlərə görə azad edilməsinin mümkünlüyü ilə bağlı iclas keçirilib.



Oxşar Xəbərlər

Xəbər lenti