8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Sozcu.info xəbər verir ki, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili bu gün elan elədiyi aclıq aksiyasını dayandırmağı qərara alıb. Vəkil Vaxtanq Baramaşvilinin sözlərinə görə, o, bu qərarı Avropa Parlamentinin deputatlarının müdaxiləsindən sonra verib.
Saakaşvili belə bir açıqlama verib: “Avropa parlamentinin deputatları müvafiq orqanların məni özümə zərər vurmaqda ittiham eləməsinə səbəb verməməyim üçün qəti şəkildə aclığı dayandırmağımı tələb edirlər”.
Xəbər verdiyimiz kimi, xəstə yatağında olan Saakaşvilinin öz məhkəməsində videokörpü vasitəsi ilə iştirak eləmək istəyi rədd edildiyi üçün o, aclıq elan eləmişdi.